Qərbin "keçid proyektləri və ya Paşinyanla Saakaşvilini nə birləşdirir?

Qərbin Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Azərbaycan və Ermənistan liderlərinə müraciət ünvanlayıb. "Cənubi Qafqazda, xüsusən də Azərbaycanın Naxçıvana birbaşa çıxış əldə edəcəyi dəhlizlə bağlı potensial hərbi qarşıdurma təhlükəsi ilə üz-üzəyik" bəyanatını yayan Saakaşvili bununla illərdir barəsində tirajlanan "Qərbin adamı titulu"nu biraz da möhkəmləndirmiş olub. 
Məlumdur ki, 44 günlük vətən müharibəsində əldə edilən tarixi Zəfər və lokal antiterror əməliyyatları zamanı Azərbaycanın suverenliyinin tam şəkildə bərpası ABŞ və müttəfiqləri, bəzi Qərb dairələri tərəfindən ciddi qısqanclıqla qarşılanıb. ABŞ-ın dövlət katibi Entoni Blinkenin Amerika Konqresini guya "Azərbaycanın Ermənistana hücum edəcəyi" ilə bağlı xəbərdar etməsi barədə dezinformasiyanın Qərb mətbuatına ötürülməsindən sonrakı addım "Saakaşvili kartı"ndan istifadə etmək oldu.
Okeanın o tayından məqsədli şəkildə Cənubi Qafqaz regionunda aranın qarışacağı, "müharibə təhlükəsi" yalanları tirajlanır və Qərbə bağlı siyasi qüvvələr bu dezinformasiyanın yayılmasında fəal iştirak edirlər. Heç şübhəsiz bu iddiaların kökündə Qərbin bölgəyə girmək, Cənubi Qafqazı nəzarətə götürmək, Paşinyanın timsalında Ermənistanı, Saakaşvilinin timsalında isə Gürcüstanı ruporuna çevirmək, Avropa İttifaqının missiyasını genişləndirmək və nəticədə Ermənistanda hərbi mövcudluğunu təsdiqləmək niyyətləri dayanır.
Baş verənlər bir daha əminliklə söyləməyə əsas verir ki, Azərbaycanın yürütdüyü müstəqil, balaslaşdırılmış xarici siyasət kursu tarixi Zəfərimizin və daxili sabitliyin qarantı olmaqla yanaşı, ölkəmizə uzanan "qara əllər"in baltası rolunda çıxış edir. Məhz bu uğurlu və çoxvektorlu diplomatik siyasət bütün dünyaya mesajdır ki, heç bir qüvvə Azərbaycanın daxili işlərinə qarışa və ölkəmizi istədiyi oyunlara çəkə, alət edə bilməz. Gürcüstan iqtidarının başında Saakaşvili olsaydı, postsovet məkanının amansız və qanlı müharibəsi Ukraynada deyil, bəlkə də Gürcüstanda olacaqdı. Bəlkə də elə Saakaşvilini yola salmaqla, potensial Rusiya-Ukrayna müharibəsinin qarşısı alındı.
Azərbaycana qarşı da oxşar təzyiqlər az olmayıb. Dəfələrlə daxildə iğtişaşlar yaratmağa, ölkəmizə yerləşdirmiş olduqları emissarları vasitəsilə ölkəni parçalamağa cəhdlər olub. Hətta vəziyyət o yerə gəlib çatıb ki, ABŞ Konqresi "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş də qəbul edib. Sovetlər İttifaqının çöküşündən sonra ABŞ və müttəfiqləri etnik münaqişələrdən faydalanarkən ölkəmiz əleyhinə total "dezinformasiya terroru"nu həyata keçirməklə məşğul olublar. Necə ki, bu siyasət bu gün də davam edir. Regional "geosiyasət qurucuları" prosesə intensivlik qazandırmaq üçün bəhanə, bölgəni idarə etmək üçün yollar axtarırlar.
Beynəlxalq münasibətlər sistemi gərgindir, dünyanın qlobal bölgüsü gedir. Anlayırlar ki, Rusiya-Ukrayna müharibəsindən sonra dünyada yeni formasiyalar meydana gələcək. Qərb mərkəzli dünyadan çoxqütblü dünyaya gedirik. Bu isə ABŞ və müttəfiqləri üçün sonun başlanğıcı deməkdir. Artıq nə demokratiya imitasiyaları keçərli olacaq, nə də insan haqları adı altında bəşəriyyətin məhvə sürüklənməsi texnologiyaları. Qərb dairələri üçün belə bir həssas şəraitdə hər hansı ölkənin müstəqil siyasət yürütməsi, dünyanın bölüşdürülməsi uğrunda mübarizədə tərəf olmaması, neytrallığını qoruyub saxlaması böyük cəsarət və qətiyyət tələb edir. Məhz bu cəsarət və qətiyyətinə görə də, Azərbaycana qarşı təzyiqlər davam edir.
Azərbaycanın isə mövqeyi məlumdur. Prezident İlham Əliyevin söylədiyi kimi – Heç kim bizimlə təzyiq dilində və tonunda danışa bilməz!
Müəllif: Azər Niftiyev / azxeber.com

Siyasi       Tarix: 25 oktyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

İlham Əliyevdən həmkarına təbrik

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu göndərib. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Braziliya Federativ Respublikasının Prezidenti vəzifəsin

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

Hacıyevin Ermənistana səfəri ilə bağlı suala Mirzoyanın cavabı

Ermənistan xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Ermənistana səfəri barədə danışıb. KONKRET. -a istinadla xəbər verir ki, bu barədə Ermənistan parlamentind

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xeber bugun xeberler bu gune olan xeberler cəbhədən görüntüleri