Qərbin pulu ilə özünə cah-cəlal quran "jurnalistlər

Qərbin pulu ilə özünə cah-cəlal quran Zaman-zaman Qərbin anti-Azərbaycan təbliğatının qurbanına çevrilənlər ifşa olunublar
Qaçaqmalçılıq yolu ilə əldə edilmiş xeyli miqdarda pul vəsaitlərini leqallaşdırma-mütəşəkkil dəstə halında birləşməklə cinayət törədən "Demokratik Təşəbbüslər İnstitutu", "Toplum TV", "III Respublika" Platforması, "Abzas Media", ardınca Meydan Tv. Dünən ölkəyə qeyri-qanuni xarici valyuta gətirməkdə ittiham olunan Meydan TV-nin bir qrup əməkdaşı saxlanılıb. Aralarında vətəndaş Ramin Cəbrayılzadə (Ramin Deko) də var ki, onun üzərindən 38 000 avro aşkarlanıb. 
Bu insanlar üçün milli ruh, torpağa, vətənə, xalqa sevgi yaddır. Qərbin bir sıra beynəlxalq donor təşkilatların əsirinə çevrilən bu kimi insanlar qranta qarant kimi baxırlar. Qərb onlardan öz məkrli planlarını həyata keçirmək üçün istifadə etməyə çalışır. Lakin ifşa olunurlar. Onların çoxu USAİD, NED, Fridrix Nauman, Marşall, İREX kimi donorların əlində alətə çevriliblər. Qeyd edək ki, USAİD bir növ ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (SİA) alt qurumu kimi fəaliyyət göstərərək, yardım adı ilə ayrı-ayrı ölkələrin daxili işlərinə qarışır, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışır. USAİD ABŞ-ın ayrı-ayrı ölkələrin daxili işlərinə müdaxilə, istəmədiyi hakimiyyətlərin devrilməsi strategiyasında xüsusi rola malikdir. 2014-cü ildə USAID Azərbaycanda "müstəqil medianın inkişafı" üçün fantastik həcmdə – 2,4 milyon dollar məbləğində qrantın elan etmiş, qısa zamanda və qeyri-şəffaf formada həyata keçirilən müsabiqəyə yalnız özünün lazım bildiyi medialar buraxılmışdı.
Bu siyahıda yuxarıda adları çəkilən media orqanları da var. USAİD, NED, Fridrix Nauman, Marşall, İREX və digər bu kimi qurumlar Azərbaycanda da siyasi hakimiyyətə qarşı təzyiq vasitəsi kimi istifadə etmək üçün öz şəbəkəsini formalaşdırmağa çalışıb.
Qərbin qrantın göz dikən Ramin Deko kimi satqınlar vəsaiti birbaşa ölkəyə gətirə bilmədiklərindən Almaniyanın "Deutsche Bank and Commerzbank", ABŞ-nin "US Citibank", Avstriyanın "Raiffeisen Bank International", Çexiyanın "UniCredit Bank Czech", Gürcüstanın "TBK Group" banklarında açılmış hesablara müxtəlif xarici "donorlar" tərəfindən vəsaitlər köçürülüb. Köçürülən vəsaitlər Gürcüstanda bankomatlarda nağdlaşdırılıb. Şübhə doğurmamaq üçün hissə-hissə Azərbaycana gətirilib. 44 günlük müharibədən sonra Azərbaycanda iqtidar-xalq birliyinin daha da gücləndiyini anlayan ABŞ taktikasını dəyişərək ələbaxan müxalifətdən yox, milli dəyərlərə böyük təhlükə olan
"Abzas Media", "Toplum TV", "Meydan Tv" əməkdaşlarında istifadə etməyə cəhdlər göstərdi.Lakin göründüyü kimi, bütün bu cəhdlər heç bir nəticə vermir. Azərbaycan güclü dövlət olaraq, məqsədlərində doğru irəliləyir. Qərb isə xalqının vergiləri hesabına formalaşan büdcəsindən belə təşkilatların lazımsız və perspektivsiz layihələrinə pul ayırmaqla külli miqdarda vəsaiti göyə sovurur. Onların əsirinə çrvrilənlərin isə bir adı var – xain. Qərbin pulu ilə özünə cah-cəlal quran "jurnalistlər" vətəninə, millətinə, dövlətinə, xalqına xəyanət etmiş olurlar. Onları bağışlamaq olmaz.Çünki, onların icra etdikləri "qrant layihələri"nin məzmunu da çirklidir. Hədəfləri anti-milli ovqatlı, ölkədə qarşıdurma yaratmaq, vətəndaşları dövlətdən, hakimiyyətdən incik salmaqdır. Lakin Ramin Deko kimilər hakimiyyət-xalq birliyinin sarsılmaz olduğunu unudublar.
Nahid Canbaxışlı / azxeber.com

Sosial       Tarix: 07 dekabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxabar az dunya xeberleri xeber az kriminal xeberler