"Qərblə Rusiya arasındakı oyun Ermənistan üçün təhlükəli oldu" - Çalabyan

"Ermənistan və Rusiya hələki münasibətləri pisləşən tərəfdaşlardır, lakin bu münasibətlər düşmənçiliklə nəticələnə bilər".
KONKRET.az xəbər verir ki, bu fikirləri "HayaVote" təşəbbüsünün koordinatoru Avetik Çalabyan deyib.
O bildirib ki, Moskva İrəvanla viza rejimini dayandıra bilər, bundan sonra on minlərlə insan Rusiyaya işləmək üçün gedə bilməyəcək.
O xatırladıb ki, Qərb Rusiya ilə münaqişənin ən kəskin mərhələsindədir: Makron Ukraynaya qoşun göndərməyi istisna etmir, Polşa isə müharibənin onun sərhədlərinə yaxınlaşdığını deyir.
"Qərb proseslərə bu prizmadan baxır. Onları Ermənistan maraqlandırmır, öz təhlükəsizlikləri düşündürür və onların qarşısında Rusiya üzərində üstünlük əldə etmək vəzifəsi durur. Bu, bizim məğlubiyyətimizə gətirib çıxarır, çünki Qərblə istənilən razılaşma Rusiya ilə münasibətlərin pisləşməsi hesabına başa gəlir. Amma Qərbdən fərqli olaraq, Rusiya regionda hərbi güclə təmsil olunur. Qərbin təsiri yumşaq formada həyata keçirilir. Məsələn, Qərb sanksiyalar tətbiq edə bilər. Üstəlik, burada Qərbin deyil, Rusiyanın müttəfiqi olan İran yerləşir", – deyə Çalabyan bildirib.
O deyib ki, Qərblə Rusiya arasındakı oyun Ermənistan üçün təhlükəli oldu.
"Biz Qərblə Rusiya Federasiyası ilə münasibətlərin daha da pisləşməsinə səbəb ola biləcək addımlar atmamalıyıq", – Çalabyan fikrini yekunlaşdırıb.
Günel Mikayılova,
KONKRET.az

Siyasi       Tarix: 29 mart 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

Estoniya Azərbaycanla energetika, təhsil, rəqəmsallaşma və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. xəbər verir ki, bunu Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Tallində iki ölkə arasınd

Mirziyoyev İlham Əliyevi təbrik etdi

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə məktub ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli İlham Heydər oğlu. Dəyərli qardaşım. Ölkənizin şanlı bayramı – Zəfər Günü münasibətilə Siz

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


yeni xeberler azerbaycan xeberleri son xeberler son.xabar xeberlər kriminal xeberler xeberler bugun