Qevondyan Ermənistanın NATO-ya dəvət olunması haqda: "Savadsızlar buna ciddi yanaşır"
"Qərb Ermənistanı NATO-ya dəvət edir, Qərb bizə kömək edəcək. NATO haqqında məlumatı olmayanlar buna ciddi yanaşır".
KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Alen Qevondyan Ermənistanın NATO-ya dəvət olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
"Qərb Ermənistanı NATO-ya dəvət edir, Qərb Gürcüstanı NATO-ya dəvət edir, Qərb Ukraynanı NATO-ya dəvət edir…Savadsızlıq "Facebook"da geosiyasi strateji təhlilləri oxuyarkən xüsusilə nəzərə çarpır. Tezliklə "Qərb bizə kömək edəcək" üslubunda savadsızlıq dərslərini hələ çox eşidəcəyik", – deyə erməni politoloq bildirib.
O deyib ki, əslində, 102-ci bazanın Ermənistandan mümkün çıxarılması və Rusiyanın regiondan sıxışdırılması baxımından Moskvanın reaksiyasını yoxlamaq üçün belə bir bəyanat gözlənilən idi.
"Qərb öz problemlərini bizim kimi uğursuz dövlətlər vasitəsilə həll edir, Rusiya Federasiyasını zəiflətməyə çalışır. Hər halda, bir şey aydındır: alətə çevrilmək öhdəliyi götürən dövlətlər parçalana bilər", – Qevondyan əlavə edib.
Günel Mikayılova,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Leyla və Arzu Əliyevalar 'Tut Əlimdən' Uşaq Reabilitasiya Mərkəzini ziyarət ediblər
Bir yaş fərqinə görə bütün güzəştlərini itirə bilərlər: Tələbələrin hüquqları sual altında
Şahbuza qar yağır
İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO
Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ