Qəzada Paşinyanın qızı ölsəydi, sürücü azadlıqda olmayacaqdı – MƏHKƏMƏ İŞİ
Aprelin 16-da Paronyan və Leo küçələrinin kəsişməsində cip avtomobili tərəfindən vurularaq öldürülən 29 yaşlı hamilə Sona Mnatsakanyanın atası narahat olduğunu bildirib. Onun sözlərinə görə, cinayət işindəki maddi sübutların bir hissəsi məhv edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Aravot.am nəşri yazıb.
"Apellyasiya Məhkəməsində həbs-qətimkan tədbirinə baxmaq üçün keçirilən məhkəmə iclasında iştirak edərkən başa düşdüm ki, işdə sübutlar məhv edilir, qeydlər yoxa çıxır. Vəkilim istintaq bitəndən sonra bunu açıqlayacaq. Mənə aydın oldu ki, Apellyasiya Məhkəməsi təqsirləndirilən şəxsi baş naziri müşayiət edən kortecin sürücüsü olduğu üçün həbsdə saxlamayıb.
Bir sualım var, əgər ölənin adı Sona Mnatsakanovna Mnatsakanyan yox, Mariam Nikolayevna Paşinyan olsaydı, əlbəttə ki, heç kimə belə kədər arzulamazdım, sürücü azadlığa çıxmazdı. Bu (Paşinyan nəzərdə tutulur) mənim üçün iki dəfə səs verdiyim adamdır.
O, günahkarların cəzalandırılacağına söz vermişdi". Sona Mnatsakanyanın atası Mnatsakan Mnatsakanyan www.aravot.am saytına belə deyib.
Onun sözlərinə görə, qızı öldükdən bir gün sonra baş nazir ona zəng edib, başsağlığı verib və iş üzrə qərəzsiz araşdırma aparılacağını bildirib.
"Lakin bizim dəfn mərasimi ilə məşğul olmağımızdan və təqsirləndirilən şəxsə qarşı dərhal şikayət vermədiyimizdən istifadə edərək, yalnız bir maddə ilə ittiham irəli sürülüb və sürücü həbsdən azad edilib. Yalnız vəkilimiz vasitəsilə vəsatət qaldıra bildik və ittihama ikinci maddəni – hadisə yerindən qaçma və zərərçəkmişə köməklik göstərməmə maddəsini əlavə edə bildik. Sürücünün təcili yardım çağırdığı iddia edilir, lakin onun hadisə yerindən qaçması danılmaz faktdır. Bir neçə gün əvvəl mən ekspertizanın ilkin rəyini aldım, ona görə də sürücü icazə verilən sürəti aşıb və qəzanın qarşısını almaq üçün heç bir tədbir görməyib".
Roman Göytürk,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"