Qəzaların sayı niyə artır? – Ekspert səbəbləri SADALADI

Qəzaların sayı niyə artır? – Ekspert səbəbləri SADALADISon dövrlərdə Azərbaycanda yol qəzalarının sayı günbəgün artır. Hər gün baş verən qəzalarda onlarla insan həyatını itirir. Maraqlıdır, qəzaların sayının artmasına hansı amillər təsir edir? Bunun qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı cavablandırıb.
O bildirib ki, sürücülərimiz sürət qaydalarına əməl etmir:
"Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayının artmasında bir sıra amillər rol oynayır. Burada yol infrastrukturundan tutmuş sürücülərin davranışlarına qədər bir çox amilləri qeyd etmək olar. Bir müddət əvvəl Bakı-Sumqayıt yolunda baş verən və 3 nəfərin ölümünə səbəb olan hadisəyə nəzər salsaq, görərik ki, yol infrastrukturu bu qəzanın baş verməsində əsas rol oynayır. Görünütlərə baxdıqda hadisənin baş vermə səbəbi detallı şəkildə aydın olur. Avtomobil çökəyə düşdükdən sonra sürücü idarəetməni itirərək qəza törədir. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir. Pandemiya insanlarda psixoloji gərginlik yaradıb. İnsanlar iki ildir ki, gərginlik, stress içində yaşayır. Sürücülərdən biri digərinə yol verməyəndə qarşı tərəf əsəbiləşir. Həmin sürücü əsəbi halda sağdan, yaxud soldan ötərək qəza törədir. Sürücülərimiz sürət qaydalarına əməl etmir. Tək-tük adam sürət həddini qoruyur. Təhlükəsizlik kəməri, hava yastıqlarının istifadəsi mümkün olmalıdır. Təəssüf ki, avtomobil parkımızın 70 faizindən çoxunu köhnə avtomobillər təşkil edir. Bu avtomobillərin böyük əksəriyyəti bir neçə dəfə qəzaya düşdüyünə görə, təhülkəsizlik yastığı, ümumiyyətlə, işləmir. Qəza anında bu yastıqlar açılmır və insanı qorumur. Həmçinin, təhülkəsizlik kəmərindən çox az insan istifadə edir. Bütün bunlar son nəticədə ağır fəsadlara və ölüm hallarının sayının artmasına gətirib çıxarır".
Qəzaların sayı niyə artır? – Ekspert səbəbləri SADALADIEkspert əlavə edib ki, ən ciddi problemlərdən biri də yolların işıqlandırılmamasıdır:
"Nəqliyat vasitələrini idarə edən sürücülər arasında görmə qabiliyyəti zəif olan şəxslərin sayı çoxdur. O sürüclər bəzən məsuliyyətsizlik edərək eynək taxmır. Lakin heç kim vətəndaş mövqeyini ortaya qoymur. Hamı deyir ki, birtəhər idarə edə bilərəm. Bunun nəticəsində isə ağır qəzalar baş verir. Piyadalarla bağlı vəziyyət də çox pisdir. Piyadaların çoxu yolu haradan və necə gəldi keçməyə çalışır. Bilərəkdən özünü maşının altına atanlar var. Həftəsonu baş verən yol-qəza hadisələrini təhlil etdik. Bu qəzalarda 13 nəfər ölüb, onlardan dördü piyadadır. Həmin insanları yollarda itirmək dövlət üçün də ağır zərbədir. Yol qəzaları ölkələrin iqtisadi inkişafına böyük zərbə kimi qəbul edilir. Buna görə də, maarifləndirmə işlərini gücləndirməli, nəzarət mexanizmini daha da təkmiləşdirməliyik. Qəzalarda ölənlər müəllim, həkim, mühəndis və başqa peşə sahibləridir ki, onları itirmək bizim üçün ağır itkidir".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Hadisə       Tarix: 14 mart 2022
f Paylaş

Oxşar xəbərlər

İşçiləri İdris Quliyevin 104 minlik malını oğurladı

Sumqayıtda yerləşən "Qold Qayalı" marketin anbarından külli miqdarda oğurluq olub. -ın əldə etdiyi məlumata görə, hadisəni törədənlər "Qold Qayalı"nın təsərrüfat müdiri və mağazada fəhlə kimi çalışan ik

"28 Mall"un qarşısında ölüm - təfərrüat

Bakıda 82 yaşlı Türkiyə vətəndaşı qəfil vəfat edib. -a istinadən xəbər verir ki, hadisə paytaxtın "28 Mall" ticarət mərkəzinin qarşısında baş verib. Belə ki, Nəsimi rayonu, Füzuli küçəsində A.Reşatın həkiməqədə

Kəlbəcərdə ağır qəza: sürücü öldü, arvadı yaralandı

Kəlbəcərdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, hadisə Kəlbəcər-İstisu avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan "KİA" markalı minik avtomobili idarəetmədə

Masazırda ağır qəza: ölən var

Masazırda avtomobil piyadanı vuraraq öldürüb. KONKRET.azxəbər verir ki, Vahim Xankişi oğlu Vahidov idarə etdiyi "Mersedes Benz Viano" markalı avtomobillə Abşeron rayonu, Masazır kəndi, Duzlu göl adlanan ərazid

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı

Dağıstanın Sulak qəsəbəsi yaxınlığında, Xəzər dənizində batan ikinci balıqçının cəsədi dörd günlük axtarışlardan sonra tapılıb. xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb

Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üçü eyni ailənin üzvü olmaqla 4 nəfər xəsarət alıb. trend- ə istinadən xəbər verir ki, qəza rayonun Arazbar kəndində baş verib. Kənd sakini, 1979-cu il təvəllüdl

Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü

Bakıda iki avtomobilin toqquşması yolun kənarı ilə gedən piyadanın ölümünə səbəb olub. KONKRET.azÖlkə.az-a istinadla xəbər verir ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Qəsəbə ərazisində iki avtomobil toqquşub

Ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabad rayonunda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb. report-a istinadla xəbər verir ki, hadisə rayon ərazisindəki Zəvvar ovçuluq təsərrüfatında qeydə alınıb. Artıq bir neçə saatdır davam edən yanğın təsərrüfatı

Mingəçevirdə maşınlar toqquşdu - Xəsarət alanlar var

Mingəçevirdə yol-nəqliyyat hadisəsi baş verib. KONKRET.azxəbər verir ki, qəza şəhərin M.Maqomayev prospektində olub. Belə ki, "Hyundai" və "Chevrolet" markalı avtomobillər toqquşub. Qəza zamanı 2010-c


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son məlumat son xeber az son xeber sou xeberler