Qəzza üçün 11 bəndlik "TÜRKİYƏ PLANI"
Türkiyə Xarici İşlər Nazirliyi dərhal atəşkəs tələbi də daxil olmaqla 11 bənddən ibarət Qəzza zolağında vəziyyətin nizamlanması planını təqdim edib.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin "Akşam" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, plan artıq BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünə təqdim edilib.
Məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza üzrə təmas qrupunun üzvlərinə həll planını təklif edib.
Xatırladaq ki, təmas qrupu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) və Ərəb Dövlətləri Liqasının Ər-Riyadda keçirilən sammitindən sonra yaradılıb (Bura yeddi ölkə daxildir: Türkiyə, İndoneziya, Nigeriya, İordaniya, Misir, Qətər və Səudiyyə Ərəbistanı).
Nəşrin məlumatına görə, plan artıq ABŞ dövlət katibi Antoni Blinkenə, həmçinin Rusiya, Çin, Böyük Britaniya və Fransa nümayəndələrinə təqdim edilib.
Belə ki, 11 bənddən ibarət plana dərhal atəşkəs, fasiləsiz humanitar yardımların çatdırılması və səhiyyə sisteminin fəaliyyətinin təmin edilməsi müddəaları daxildir. Planda noyabrın 24-də elan edilən müvəqqəti humanitar yardımın heç bir nəticə vermədiyi qeyd edilib.
Türkiyə rəsmilərinin fikrincə, münaqişə həll edildikdən sonra təhlükəsizliyin təmin edilməsi üçün qarant ölkələrin mexanizmindən istifadə oluna bilər.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda