QHT-lərin II İnkişaf və Mübadilə Proqramı Naftalanda - FOTOLAR
Naftalan şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil edilən QHT-lərin II İnkişaf və Mübadilə Proqramının açılış tədbiri keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, ruhu böyük ehtiramla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, qeyri-hökumət təşkilatlarını təmsil edən, təlim üçün müsabiqədən keçən iştirakçılar, media nümayəndələri iştirak ediblər.
Açılış tədbirində icra başçısı çıxış edərək bildirib ki, ölkəmiz müstəqillikdən sonrakı dövrdə bir çox sahələrdə ciddi irəliləyiş əldə etmiş və dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olmaqla yanaşı, həm də vətəndaş cəmiyyəti institutlarının bu səviyyəyə gəlib çıxmasında ölkə Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi əməli tədbirlərin müstəsna əhəmiyyəti vardır.
QHT-na Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru çıxışında vurğulayıb ki, Agentlik tərəfindən həyata keçirilən QHT-lərin II İnkişaf və Mübadilə Proqramı davamlı olaraq təşkil ediləcək. Bu təlimlərin QHT-lərin layihələrin yazılması və idarə edilməsi sahəsində bacarıqlarının daha da təkmilləşdirilməsinə töhfə verəcəyini vurğulayan A.Əliyeva qeyd edib ki, proqrama qeydiyyatdan 300 qeyri-hökumət təşkilatı keçib və müsahibə zamanı onlardan 100 nəfər təlimlərdə iştirak hüququ qazanıb. İştirak edə bilməyən təşkilatlar üçün digər təlimlərin keçirilməsi nəzərdə tutulub.
Həmçinin, diqqətə çatdırıb ki, bu gün QHT-lərin bilik və bacarıqlarının artırılması qarşıda duran vəzifələrdən biridir. QHT-lərin II İnkişaf və Mübadilə Proqramı qeyri-hökumət təşkilatları üçün gözəl fürsətdir və burada keçirilən təlimlərdən faydalanmaları onların fəaliyyəti üçün ciddi nəticələr verə bilər.
Açılış nitqlərindən sonra xatirə şəkili çəkilib, təlimlərə start verilib.
















Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
Millimiz Moldova yığmasına uduzdu
Batumidə Azərbaycan vətəndaşı itkin düşdü - Avqustun 28-dən xəbər yoxdur
İşxan Saqatelyan: "Paşinyan Rusiya hərbi bazasını türk bazası ilə əvəz edəcək"