QHT sədri: Milli Məclisə seçkilər ölkəmizin siyasi həyatında mühüm əhəmiyyət daşıyır
"Sentyabrın 1-nə təyin edilmiş parlament seçkilərinin yüksək təşkilatçılıq, demokratik dəyərlərə ehtiramla keçiriləcəyini düşünürəm. Ölkənin siyasi həyatında bu seçklilərin mühüm əhəmiyyəti var". Bu fikirləri secki-2024.az saytına açıqlamasında İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri Ramil Əliyev bildirib.
O qeyd edib ki, seçkiöncəsi mühit, namizədlərin təşviqat kampaniyası üçün yaradılan şərait yüksək səviyyədədir:
"Bu seçkinin özəlliyi həm də odur ki, 30 ilə yaxın müddətdə işğal altında qalan Vətən torpaqlarımız indi azadlıqdadır və indiki seçkilər həmin torpaqlarda da keçiriləcək. Vaxtılə doğma torpaqlarından zorla deportasiya olunan soydaşlarımız bu gün öz yurdlarına qayıdırlar. Həmin soydaşlarımız orada, öz doğma el-obalarında səsvermədə iştirak edəcək, istədikləri namizədə səs verəcəklər. Bu, tarixi bir hadisədir, qürurverici anlardır".
Ramil Əliyev bildirib ki, Azərbaycanın demokratik seçki ənənəsinin olması indi özünü daha aydın şəkildə büruzə verir: "Müşahidə apardığımız bütün seçkilərdə bu mənzərənin şahidi olmuşam. Milli Məclisə növbədənkənar seçkilərin şəffaflıq mühitində keçiriləcəyinə inanıram". / azxeber.com

Məşhur türkiyəli aktyor evində ölü tapıldı
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
Bakının bu ərazisində işıq olmayacaq
Rəsmi Bakı Esvatini Krallığını təbrik etdi
Dünyanın ən gözəl qadını seçildi
"Mançester Yunayted" "Sabah"la oyundan əvvəl heç-heçə edib
Koxalski "Qarabağ"dan ayrılır - Azarkeşlərlə sağollaşdı
"Danışsam, bu liqanı ifşa edəcəyəm" - Joao Feliks
Premyer Liqa: "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi
50 yaşlı kişinin meyiti yaşadığı evdən tapıldı
Yubileyinə iki gün qalmış dünyasını dəyişdi
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
4 yaşlı uşaq 3-cü mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
"Xankəndi" klubunda yeni təyinat