Qida toksikoinfeksiyaları (zəhərlənmələri)

Qida toksikoinfeksiyaları (zəhərlənmələri)Qida toksikoinfeksiyaları (zəhərlənmələri) müxtəlif mikroblar və onların toksinləri tərəfindən törədilən, mədə-bağırsaq pozğunluğu verən və sağalma ilə qurtaran kəskin xəstəlikdir.
Etiologiyası:
Qida toksikoinfeksiyaları patogen və şərti-patogen spor əmələ gətirən aerob və anaerob mikroblar tərəfindən törədilir. Bu mikroblar təbiətdə geniş yayılmaqla müxtəlif ərzaqları kirlədirlər. Əlverişli şərait yarandıqda onlar sürətlə çoxalır və güclü ekzotoksin əmələ gətirirlər. Mikrobların bəziləri 300 dərəcəyə qədər qaynamaya davam gətitir.
Epidemiologiyası:
İnfeksiyanın əsas mənbəyi insandır. Bu mikroblar insanda irinli iltihabi prosesləri, frunkulyoz, angina, pnevmoniya, faringit kimi xəstəliklər törədir. Çox vaxt insanlar həmin mikrobun gəzdiricisi olur. Qida toksikoinfeksiyaları külli miqdarda mikrob və onun toksini ilə çirklənmiş ərzaq, süd, kremli qənnadı məhsulları, ət, balıq və tərəvəz yeməklərini yedikdə baş verir. Bu məhsulları hazırlayarkən yaxud saxlama qaydasına düzgün əməl etmədikdə mikrob inkişaf edir.
Patogenezi:
Əlverişli temperatur və nəmlik şəraiti olduqda mikrob xeyli çoxalır və ərzaq məhsullarında toplanır. Bu mikroblar orqanizmdə də toksin hazırlayırlar. Bakterial toksinlər bağırsağın selikli qişasının hüceyrələrinə təsir göstərərək onların fəaliyyətini, mədə-bağırsaqların peristaltikasını artırır. Belə olduqda xəstələrdə çox vaxt ishal baş verir. Yayda əlverişli hava şəraiti mikrobun çoxalmasına və yayılmasına şərait yaradır. Ona görə də bu xəstəliklə adətən yay aylarında xəstələnirlər.
Klinikası:
Qida toksikoinfeksiyalarının kliniki mənzərəsi törədicinin növündən və tipindən asılı olmur. Xəstəlik 30 dəqiqədən 24 saata qədər davam edən qısa, gizli dövründən sonra aşkara çıxır. İlk simptomlar ürəkbulanma, qusma, mədə nahiyyəsində ağrılardır. Bundan sonra ishal başlayır. Bəzən qusma, öyümə və mədədə ağrı ilə birlikdə baş verir. Adətən qusuntu çoxlu və turş iyli olur. Tərkibində həzm olunmamış qida qalıqları görünür. Ishalın sayı gündə 10-15-ə çata bilər.
Xəstəliyin ilk saatlarından baş ağrısı, başgicəllənmə, ümumi zəiflik, laqeyidlik aşkar edilir. Xəstənin üzünün və bədəninin dərisi solğunlaşır, dili ağ ərplə örtülür. Bəzi hallarda xəstədə qızdırma və üşütmə də baş verir.
Diaqnozu:
Qida toksikoinfeksiyalarının diaqnozu xəstəliyin ilk saatlarında müəyyən edilməlidir ki, xəstələnməyə səbəb olan ərzaq məhsulu tapılıb zərərsizləşdirilsin. Xəstəliyin adətən eyni ərzaq məhsulunu yemiş xəstələr arasında baş verməsi, gizli dövrün qısa olması, xəstələrdə eyni əlamətlərin tapılması, ilk yardımdan - mədənin yuyulması və təmizləyici imalədən sonra xəstələrin vəziyyətinin tez yaxşılaşması, qida toksikoinfeksiyaları üçün xarakterik hesab olunur.
Müalicəsi:
Mikrobəleyhinə, bakteriyaəleyhinə preparatalardan istifadə olunur. Xəstəyə təmizləyici imalə qoyulur. Pəhrizə diqqət yetirilir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 11 sentyabr 2020
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Gənclər arasında dəhşətli xəstəlik yayıldı – Həkim çağırış etdi

Son illər gənclər arasında autoimmun xəstəliklərə daha çox rast gəlinir. Məlumata görə, bu xəstəliklər vaxtında aşkarlanmadıqda ciddi sağlamlıq problemlərinə və müxtəlif orqanların zədələnməsinə səbəb ola bilər. Autoimmu

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v


son xeberler azerbaycan xeberleri yeni xeberler şou biznes xəbərləri xeberlər valyuta məzənnələri oxu.az xeberler