Qırğızıstan-Azərbaycan Dostluq Parkı AÇILDI

Qırğızıstan-Azərbaycan Dostluq Parkı AÇILDIOktyabrın 11-də Bişkekdə Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı olub.
KONKRET.az xəbər verir ki, parkın açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov iştirak ediblər.
Əvvəlcə dövlət başçıları parkın açılışını bildirən lenti kəsdilər.
Prezidentlər tədbirdə çıxış etdilər.
Qırğız Respublikasının Prezidenti Sadır Japarov dedi:
-Hörmətli İlham Heydər oğlu.
Hörmətli qonaqlar, dəyərli dostlar.
Sizi Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində qarşılamağa şadam. Bugünkü hadisə – Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı iki ölkə arasında dostluq münasibətlərinin və təkcə siyasi, iqtisadi deyil, həm də mədəni-humanitar əməkdaşlıqda iki qardaş xalqın tarixi əlaqələrinin möhkəmləndirilməsinin gözlə görünən parlaq sübutudur. Bu park qədim münasibətlərimizin, dərin tarixi, mənəvi və əxlaqi kökləri, dəyərləri, ənənələri olan ölkələrimizin möhkəm dostluq və qardaşlıq rəmzi kimi çıxış edir. Məhz bu, qurduğumuz müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin möhkəm təməlidir.
Məmnuniyyətlə qeyd edirəm ki, cari ildə Qırğız Respublikası və Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlər fəallaşıb, strateji tərəfdaşlığının tamamilə yeni mərhələsinə qədəm qoyub. Bu, əsasən Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham Heydər oğlu Əliyevin şəxsi diqqəti və dəstəyi sayəsində mümkün olub.
Hörmətli İlham Heydər oğlu, Sizin, ölkənin milli maraqlarının təmin edilməsinə və müdafiəsinə, onun dünya ictimaiyyəti arasında beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə istiqamətlənmiş geniş qurucu fəaliyyətinizi xüsusilə qeyd etmək istəyirəm. Sizin şəxsi diqqətiniz və Qırğızıstanla bütün istiqamətlərdə əməkdaşlığı dərinləşdirmək istəyiniz bizim ölkədə hörmət və dəstəklə qarşılanır. Vurğulamaq istəyirəm ki, bizim üçün zamanın sınağından çıxmış qardaş Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir.
Hörmətli qonaqlar, dəyərli dostlar. Bu gün şəhər sakinləri üçün xüsusi bayramdır. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı münasibətilə sizi təbrik edirəm.
Möhtərəm İlham Heydər oğlu, Sizə, Sizin bütün komandanıza bu gözəl parkın salınmasında köməyə və yardıma görə xüsusi minnətdarlığımı bildirirəm. Bu park əsl inciyə çevriləcək, burada bizim şəhər sakinlərimiz böyük zövqlə vaxtlarını keçirəcəklər. Qısa müddət ərzində bizim qarşılıqlı istəyimizin bu gözəl reallığa çevrilməsini görmək çox xoşdur. Azərbaycanlı dostlarımıza Qırğızıstanda xoş vaxt keçirməyi, ölkələrimiz və xalqlarımızın maraqları və rifahı naminə tükənməz enerji və böyük uğurlar arzu edirəm. Çox sağ olun.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dedi:
-Hörmətli Sadır Nurqojoyeviç, əziz dostlar. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışı rəmzi məna daşıyır. Bizim ölkəmizə və xalqımıza belə münasibətə görə Qırğızıstan Prezidentinə bütün Azərbaycan xalqı adından minnətdarlıq ifadə etmək istəyirəm. Biz bu parkda, həmçinin Qırğızıstan Prezidentinin baxışlarını, onun şəhərsalma, Qırğızıstanın digər şəhər və kəndlərinin sakinləri üçün olduğu kimi, paytaxt sakinləri üçün rahat, yaxşı şəraitin yaradılması üzrə planlarını görürük.
Yarım il bundan əvvəl Sadır Nurqojoyeviç Azərbaycanda rəsmi səfərdə olub. Bizim təkcə gündəlikdə duran ikitərəfli məsələləri deyil, həm də bütövlükdə daha geniş mənada planları ətraflı müzakirə etmək, gələcəyə baxışlar barədə danışmaq fürsətimiz oldu. Mən Qırğızıstan Prezidentinin Qırğız cəmiyyətinin hara gedəcəyi – sülhə, təhlükəsizliyə, milli köklərə, ortaq türk köklərinə bağlılıq barədə dəqiq anlayışı olduğunu gördüm. Bütün bunlar Azərbaycanda böyük hörmətlə qarşılanır, həmçinin Azərbaycan xalqının dahi övladlarının xatirəsinə göstərilən diqqətə bərabər tutulur. Sabah biz Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin adının verildiyi məktəbdə, eləcə də Azərbaycan xalqının digər oğlu Nizami Gəncəvinin adını daşıyan məktəbdə keçiriləcək tədbirlərdə iştirak edəcəyik. Azərbaycanda bizim görkəmli liderlərə, xadimlərə, onların xatirəsinə bu cür münasibəti yüksək dəyərləndirir, bunu qardaşlığın təzahürü kimi qiymətləndirirlər.
Bu gün mən Qırğız torpağında bir daha görürəm ki, bu qardaşlıq sözdə deyil, əməldədir. Biz Qırğızıstan Prezidenti ilə bu gün məsələlərin geniş spektrini müzakirə etdik. Sadır Nurqojoyeviçin qeyd etdiyi kimi, Azərbaycan və Qırğızıstan arasında strateji tərəfdaşlıq artıq reallıqdır və biz hər gün bu tərəfdaşlığı yeni məzmunla zənginləşdiririk. Mənim Qırğızıstana səfərimin birinci günü başa çatır, burada, Qırğızıstan paytaxtının bu yeni mənzərəli guşəsində başa çatır. Onu da deməliyəm ki, bu gün Bakı və Bişkek qardaşlaşmış şəhərlər oldular. Yəni, bizim xalqların qardaşlığı şəhərlərimiz arasında qardaşlaşmaya da transformasiya edir. Əminəm ki, bu gözəl ənənə yaşayacaq, Qırğızıstanın və Azərbaycanın bir çox şəhərləri qardaşlaşacaq.
Mənə və nümayəndə heyətimizin üzvlərinə qardaş Qırğız torpağında göstərilən qonaqpərvərliyə görə bir daha dərin təşəkkürümü bildirirəm. Öz tərəfimdən əmin etmək istəyirəm ki, ortaq köklərə, ortaq mədəni irsə malik olan qardaş xalqlarımızı daha sıx birləşdirməkdən ötrü əlimdən gələni edəcəyəm. Biz Qırğızıstan Prezidenti ilə birlikdə əlimizdən gələni edəcəyik ki, beynəlxalq təşkilatlarda bundan sonra da dostluğu dəstəkləyək, Qırğızıstan və Azərbaycan bütün sahələrdə – həm iqtisadiyyat, həm investisiya, nəqliyyat, energetika, mədəniyyət sahələrində xalqlarımızın rifahı və ölkələrimizin gələcəyi naminə iki qardaş kimi çiyin-çiyinə irəliləsin.
Xoş münasibətə, qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirir, qardaş Qırğızıstan xalqına sülh və firavanlıq arzulayıram. Diqqətinizə görə minnətdaram.

Siyasi       Tarix: 12 oktyabr 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğandan ABŞ ilə bağlı önəmli AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə apardığı danışıqlarda müdafiə sənayesi sahəsində birgə layihələrin perspektivlərini müzakirə etdiklərin

Paşinyan və Pezeşkian bir arada - FOTO

İran Prezidenti Məsud Pezeşkian Tehranda Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşüb. xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Görüş zamanı Pezeşkian İran İslam Respublikasının mürəkkəb şəraitdə Ermənsta

Azərbaycan Rusiyaya NOTA VERDİ

Rusiya səfiri Mixail Yevdokimov Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüş zamanı iyulun 5-də axşam saatlarında Ukraynanın Mikolayi

Ukrayna Rusiyanın ordu generalına qarşı cinayət işi başlatdı - Gerasimovun başı dərddə

Ukraynanın Təhlükəsizlik Xidməti (SBU) və Baş Prokurorluq Ofisi Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov barəsində hərbi cinayətlər faktı üzrə cinayət işi başladıb. xəbər verir ki, b

Paşinyan Rusiyaya getdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Baş nazirin ofisi məlumat yayıb. Qeyd olunur ki, Paşinyan Sankt-Peterburqda plenar iclasda iştirak edəcək

Prezident Rüfət Hacıəlibəyova yüksək vəzifə verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Rüfət Cahangir oğlu Hacıəlibəyov səhiyyə nazirinin müavini təyin edilib. xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb

Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi

Türkiyənin paytaxtı Ankara şəhərində NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə Toplantısı öz işinə başlayıb. Sammitdə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları, eləcə də Alyansın yüksək səviyyəli rəsmiləri iştira

SON DƏQİQƏ! Netanyahu Təhlükəsizlik Şurasını təcili iclasa çağırdı - İrana hücum

ABŞ ilə İran arasında gərginliyin kəskin artması fonunda İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Kats Milli Təhlükəsizlik Kollecinin kurs məzunlarının buraxılış mərasimində iştiraklarını ləğv ediblər

Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar

Türkiyənin F-35 proqramına qayıtması ehtimalı beynəlxalq gündəmin diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün ABŞ tərəfindən F-35 proqramında


son xeberler yeni xeberler azerbaycan xeberleri xeber.az ən son xəbərlər bugün son xabarlar sonxəbərlər