Qırğızıstan parlamentinin spikeri İSTEFA VERDİ
Qırğızıstan parlamentinin sədri Talant Mamıtov istefa verib.
KONKRET.az "İnterfax"a istinadən xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
"Mən spikerlikdən istefa vermək qərarına gəldim, bu mənim şəxsi qərarımdır. Düşünürəm ki, həmkarlarım məni düzgün başa düşəcəklər. Bu gündən etibarən spiker postu boşdur", – Mamıtov parlamentin iclasında deyib.
O bildirib ki, istefa qərarını hətta sentyabrın 14-17-də Tacikistanla sərhəddə baş verən toqquşmalar zamanı verib.
Qeyd edək ki, Mamıtov 4 noyabr 2020-ci ildə Qırğızıstan parlamentinin sədri seçilib. O, 2010-2020-ci illərdə "Ata-Jurt" və "Respublika-Ata-Jurt" siyasi partiyalarından millət vəkili seçilib.
Qırğızıstan mətbuatının yazdığına görə, parlamentin spikeri postuna ən çox ehtimal olunan namizəd "Ata-Jurt Qırğızıstan" fraksiyasından Nurlan Şakiyevdir.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü