Qırğızıstan uşaqlar üçün zərərli məlumatların dərcini QADAĞAN ETDİ

Qırğızıstan uşaqlar üçün zərərli məlumatların dərcini QADAĞAN ETDİQırğızıstan Prezidenti Sadır Japarov KİV-də uşaqların sağlamlığına və ya inkişafına ziyan vuran məlumatların dərcini qadağan edən qanunu imzalayıb.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, qanun uşaq və yeniyetmələrin mənəvi, fiziki, psixoloji, sosial sağlamlığının təmin edilməsi, qorunması və möhkəmləndirilməsi üçün təhlükəsiz informasiya mühitinin yaradılması məqsədilə qəbul edilib.
Belə ki, Qırğızıstan mediasında aşağıdakı məlumatları dərc etmək qadağandır:
uşaqların həyatı və sağlamlığı üçün təhlükə yaradan hərəkətlər, intihara sövq etmə;
psixotrop maddələr, tütün məmulatları, alkoqol tərkibli məhsullar, enerji içkiləri, qumar oyunları, fahişəlik, dilənçilik;
insanlara və ya heyvanlara qarşı zorakılıq hərəkətlərinə təhrik etmək;
ailə və ənənəvi sosial dəyərləri inkar etmək, qeyri-ənənəvi cinsi münasibətləri təbliğ etmək, valideynlərə və ya digər ailə üzvlərinə hörmətsizlik formalaşdırmaq;
qanunsuz davranışa haqq qazandırmaq;
ədəbsiz sözlər;
pornoqrafik xarakterli məlumatlar.
Uşaqlara ziyan vuran məzmunun yayılmasına görə, təqsirkarlar cəzalandırılacaqlar.
Qeyd edək ki, müvafiq qanun layihəsi bu ilin martında ictimai müzakirəyə çıxarılıb. Eyni zamanda, internetdə və digər kütləvi informasiya vasitələrində uşaqların fiziki və psixoloji sağlamlığına xələl gətirə biləcək məlumatların yayılmasına görə cərimələr müəyyənləşib.
Belə ki, fiziki şəxslər üçün 5 min som (56 dollar), təşkilatlar üçün isə 25 min som (283 ABŞ dolları) məbləğində cərimə nəzərdə tutulub.
Hüquq müdafiəçiləri qanunun qəbuluna qarşı çıxıblar. Onlar hesab edirlər ki, Qırğızıstan hakimiyyəti uşaqlara qayğı adı altında senzuranı artırır. Buna baxmayaraq, iyun ayında sənəd parlament tərəfindən qəbul edilib, indi isə respublika prezidenti tərəfindən imzalanıb.
İqbal Rzayev,
KONKRET.az

Siyasi       Tarix: 16 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. -a istinadən xəbər verir ki, təbrikdə deyilir:. "Pakistan xalqı və Hökuməti adından

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Euronews' Azərbaycanda Zəfər Gününün qeyd olunmasını nümayiş etdirib

Avropanın "Euronews" televiziya kanalı 44 günlük Vətən Müharibəsində Azərbaycanın qələbəsinin altıncı ildönümünə və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bayram tədbirlərində iştirakına həsr olunmuş materia

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir

ABŞ-da aralıq seçkilərində Demokratlar Konqresə nəzarəti ələ keçirdikdən və seçicilər Donald Trampın şəxsən dəstəklədiyi namizədləri mühüm seçki dairələrində məğlubiyyətə uğratdıqdan sonra Respublikaçılar Partiyasında prezident

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha


azerbaycan xeberleri yeni xeberler son xeberler sonxəbər enson xeberler bugünki xəbərlər cəbhədən son xəbər