Qırğızıstanda COP29-a həsr edilmiş konfrans keçirilib – FOTOLAR

Qırğızıstanın paytaxtı Bişkek şəhərində " İslahatçı Gənclər" İctimai Birliyi və bu ölkənin Gənclər Parlamentinin birgə təşkilatçılığı ilə Azərbaycanda keçirilən COP29 konfransına həsr edilmiş "Qırğızıstan və Azərbaycan: gənclər siyasəti sahəsində iqlim dəyişikliyi ilə mübarizədə birgə səylər" mövzusunda konfrans keçirilib. Konfransda Azərbaycan və Qırğızıstanı təmsil edən gənclər, media rəhbərləri, deputatlar və diplomatlar iştirak edib. Konfransda Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişafında gənclərin və gənclər təşkilatlarının rolu müzakirə olunub. Eyni zamanda, gənclərin iqlim dəyişikliklərinə qarşı mübarizədəki fəaliyyəti əsas müzakirə mövzusu olub.
Toplantının açılış mərasimində çıxış edən Qırğızıstan parlamentinin Azərbaycanla iş üzrə İşçi Qrupunun rəhbəri deputat Deputat Saidbek Zulpiyev, Qırğızıstan parlamentinin deputatı Eldar Süleymanov, Azərbaycanın bu ölkədəki səfirliyinin müşaviri Zülfüqar Tanarverdi eyni zamanda, "İslahatçı İctimai" Birliyinin sədri Fərid Şahbazlı Azərbaycan-Qırğızıstan əlaqələrindən geniş bəhs ediblər. Çıxış edən natiqlər iki ölkə arasında əməkdaşlığın bütün istiqamətlər üzrə sürətlə inkişaf etdiyini qeyd ediblər. Konfransda bildirilib ki, Azərbaycanın COP29 kimi böyük beynəlxalq tədbirə ev sahibliyi etməsi onun beynəlxalq münasibətlər sistemindəki mühüm rolundan xəbər verir. Qeyd olunub ki, Azərbaycanda keçirilən COP29 konfransında iqlim dəyişikliyinə qarşı mübarizədə dünya birliyinin birgə səylərinin artırılması eyni zamanda, maliyyə problemlərinin həlli məsələsi xüsusi diqqət mərkəzində saxlanılıb. Çıxış edənlər bildiriblər ki, iqlim dəyişikliyi və ekoloji problemlərə qarşı mübarizədə dövlətlərlə yanaşı, ayrı-ayrı gənclər də aktiv rol almalıdırlar.
Çıxış edən Qırğızıstan Gənclər Parlamentinin sədri Asel Amanova Azərbaycan Mətbuat Şurasının İdarə heyətinin üzvü Hacıbəy Heydərli, Azxəbər Media Qrupunun baş direktoru Əfsələddin Ağalarov, eyni zamanda hər iki ölkəni təmsil edən müxtəlif gənclər təşkilatlarının rəhbərləri iki ölkə arasında gənclər siyasəti sahəsində də əməkdaşlığın böyük potensialı olduğunu bildiriblər. Qeyd olunub ki, Azərbaycanda keçirilən COP29 konfransında dünyanı təhdid edən ekoloji problemlərə qarşı beynəlxalq ictimaiyyətin gələcək fəaliyyət planı ortaya qoyulub.
Qeyd edək ki, konfrans hər iki ölkədən olan gənc ekspertlərin müzakirələri ilə davam edib. Tədbirin baş tutmasına QHT-lərə Dövlət Dəstəyi Agentliyi dəstək verib.
Qırğızıstanda COP29-a həsr edilmiş konfrans keçirilib – FOTOLARQırğızıstanda COP29-a həsr edilmiş konfrans keçirilib – FOTOLARQırğızıstanda COP29-a həsr edilmiş konfrans keçirilib – FOTOLARQırğızıstanda COP29-a həsr edilmiş konfrans keçirilib – FOTOLARQırğızıstanda COP29-a həsr edilmiş konfrans keçirilib – FOTOLARQırğızıstanda COP29-a həsr edilmiş konfrans keçirilib – FOTOLARQırğızıstanda COP29-a həsr edilmiş konfrans keçirilib – FOTOLARQırğızıstanda COP29-a həsr edilmiş konfrans keçirilib – FOTOLARQırğızıstanda COP29-a həsr edilmiş konfrans keçirilib – FOTOLARQırğızıstanda COP29-a həsr edilmiş konfrans keçirilib – FOTOLARQırğızıstanda COP29-a həsr edilmiş konfrans keçirilib – FOTOLARQırğızıstanda COP29-a həsr edilmiş konfrans keçirilib – FOTOLARQırğızıstanda COP29-a həsr edilmiş konfrans keçirilib – FOTOLARQırğızıstanda COP29-a həsr edilmiş konfrans keçirilib – FOTOLARQırğızıstanda COP29-a həsr edilmiş konfrans keçirilib – FOTOLAR/ azxeber.com

Sosial       Tarix: 21 noyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini


azerbaycan xeberleri son xeberler yeni xeberler enson xeberler son xeberler bugun 2026 azerbaycan idman xeberleri xeberler azerbaycan