Qırğızıstanın təhsil və elm naziri rüşvət alarkən SAXLANILDI
Qırğızıstanın təhsil və elm naziri Almazbek Beyşenaliyev xüsusilə külli miqdarda rüşvət alarkən saxlanılıb.
KONKRET.az "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Xüsusilə külli miqdarda hədə-qorxu ilə rüşvət tələb etmə cinayət işi çərçivəsində Qırğızıstanın təhsil və elm naziri Almazbek Beyşenaliyev saxlanılıb", – mətbuat xidmətindən bildirilib.
İdarədən verilən məlumata görə, hazırda respublikanın ali məktəblərinə əcnəbi tələbələrin qəbulu zamanı xüsusi külli miqdarda (110 min ABŞ dolları) rüşvət alma faktı araşdırılır.
Bildirilib ki, cinayət işinin istintaqı nəticəsində əlavə məlumat veriləcək.
Qeyd edək ki, Beyşenaliyev 2020-2021-ci illərdə təhsil və elm naziri vəzifəsində çalışıb. 2022-ci ilin fevralından o, yenidən bu vəzifəyə təyin olunub.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır