Qırmızı Ürəklər Fondu 3 yaşını qeyd etdi
Hər zaman sosial təşəbbüslərlə gündəmə gələn, cəmiyyətüçün əhəmiyyətli layihələrin müəllifi, ölkənin bütün regionlarını əhatə edərəkminlərlə insana maddi və mənəvi dəstək göstərənQırmızı Ürəklər Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının 3 ili tamam olub.
azxeber.com xəbər verir ki, fond ötən gün bu münasibətlə dostlarını "Ürəksən" adlı tədbirdə qonaq etdi.
Kapital Bank-ın nümayəndələri, donorlar, əməkdaşlarvə könüllülərin iştirak etdiyi tədbiri çıxış sözü ilə Fondun prezidenti Sevda Haqverdiyevaaçdı. O, iştirakçılara 2023-cü il ərzində Fondun fəaliyyət istiqamətləri üzrəgörülən işlərin hesabatını təqdim etdi. Daha sonra Fondun fəal üzvləri il ərzindəlayihələrdə göstərdikləri dəstəyə görə xüsusi təşəkkürnamələrlə təltif edildi.Eləcə də qurumun fəaliyyətinin genişləndirilmsi istiqamətində töhfəsini əsirgəməyənvə ianələrlə daim dəstək göstərən donorlara plaketlər təqdim edildi.
Fəaliyyət göstərdiyi 3 il ərzində Fond cəmiyyət, ətrafmühit və heyvanlara dəstək olmaqla 3 əsas istiqamət üzrə müxtəlif sosial layihələricra edib. Onların sırasında uşaq evləri və sığınacaqlarda seminarlar, təlimlər,aztəminatlı ailələrə yardım aksiyaları, təhsil təqaüdü proqramı, sağlamlıqlabağlı müxtəlif maarifləndirici layihələr, regionlarda kütləvi ağacəkməaksiyaları, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi, heyvansığınacaqlarına dəstək aksiyaları kimi onlarla layihə var.
Qeyd edək ki, 2023-cü il ərzində Qırmızı Ürəklər Fonduna31 430 ianəçi tərəfindən 14 893,53 min manat vəsait daxil olub. Toplanan vəsaitlərhesabına 242 könüllünün iştirakı ilə 4023 benefesiara ianələr şəklində dəstəkgöstərilib.
"Red Hearts" - Qırmızı Ürəklər Fondu 2019-cu ildəKapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. Hazırda Fondkimi fəaliyyətini davam edən təşkilat, əsasən uşaq evlərinə, sığınacaqlara vədigər ehtiyacı olanlara yardımlar edir. saytına daxil olmaqla fondun fəaliyyəti, gördüyü xeyirxah işlər, gələcək planları və digər maraqlı məlumatları əldə etmək, həmçinin "Cəmiyyət" bölməsinə daxil olub ianələr etmək olar.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır