Qırmızı Ürəklər Fondu hər kəsə sahibsiz heyvanlara dəstək olmaq imkanı yaradır
Qırmızı Ürəklər Fondu özmissiyasına sadiq qalaraq sahibsiz heyvanların müdafiəsi istiqamətində layihə həyatakeçirib və hər kəsi bu kimi təşəbbüslərdə iştirak etməyə dəvət edib.
azxeber.com xəbər verir ki, Fondhər il 4 oktyabr tarixində dünya miqyasında qeyd olunan Heyvanları Mühafizə Günü münasibətilə "Pəncəli Ürəklər" layihəsini həyata keçirib. Küçəheyvanlarının həyat şəraitini yaxşılaşdırmaq və insanlarda onlara qarşı mərhəməthissini oyatmaq məqsədi daşıyan layihə "Bravo" supermarketlər şəbəkəsi ilə əməkdaşlıqçərçivəsində icra edilib. Belə ki, şəbəkənin bir neçə filialının qarşısındasahibsiz heyvanlar üçün su və yem qabları yerləşdirilib.
Bu təşəbbüs sayəsində hərbir vətəndaş su və yem qablarını dolduraraq küçə heyvanlarının gündəlik qida təlabatlarınıödəyə, onlara dəstək ola bilər. Bunla da Fond hər kəsə pəncəli dostlarımızındaha yaxşı bir həyat yaşamasına töhfə vermək imkanı yaradır.
Qırmızı ÜrəklərFondu hər kəsi bu vacib aksiyada fəal iştirak etməyə, sahibsiz heyvanlara qarşıqayğı göstərməyə dəvət edir. Unutmaq olmaz ki, heyvanlar bizə ehtiyac duyan sadiqdostlarımızdır və onların rifahını təmin etmək daha yaxşı bir gələcək üçünhamımızın üzərinə düşən məsuliyyətdir.
Layihəyə qoşulmaq imkanıbununla yekunlaşmır. Daha çox heyvana kömək etmək istəyənlər Birbank mobil tətbiqivasitəsilə "Pəncəli Ürəklər" layihəsinə ianə edə bilər. Toplanan vəsaitlərsahibsiz heyvanların qida, müalicə və digər ehtiyaclarının qarşılanması üçünistifadə edilir.
İanə üçün:
Qeyd edək ki, "Red Hearts"- Qırmızı ÜrəklərFondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü iləyaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilikmədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekolojitarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən "Red Hearts"-ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafındabirləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərəksözügedən mövzularda dəstək olmaq üçün saytınadaxil olmaq kifayətdir.

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır