Qısa müddətdə birdən çox peyvənd tapılacaq və müxtəlif zamanlarda... - Tanınmış professor açıqladı
"COVID-19-la bağlı qısa müddətdə birdən çox peyvənd tapılacaq və xəstəliyin müxtəlif mərhələlərində, müxtəlif dozalarda birdən çox peyvənd istifadə ediləcək".
Milli.Az xəbər verir ki, bunu ABŞ Milli Elmlər Akademiyasının ilk türk professoru İvet Bahar deyib.
Eyni zamanda Pitsburq Universiteti Tibb Fakültəsinin Kompüter Dəstəkli Sistem Biologiyası Şöbəsinin qurucu rəhbəri olan professor bildirib ki, koronavirusa qarşı peyvəndin tərkibində qanı sulandıran dərmanlar da olacaq.
"Dünyadakı bütün elm adamları bilgiləri, hesabatları paylaşır. Qısa müddət ərzində bir deyil, birdən çox peyvənd/dərman tapılmasını gözləyirəm. Qısa müddət deyəndə 1-2 ili nəzərdə tuturam. Normal şərtlərdə ən az 10 il tələb edən proses indi bir neçə ilə endirilib.
İlk işimiz rəqəmsal sistem farmakologiyası adlanan sahədədir. Ən təkmil kompüter texnologiyası ilə tanınan dərman bilgi banklarını incələyirik. Mövcud dərmanlardan hansı COVID-19-a qarşı istifadə edilə bilər deyə araşdırırıq. Məsələn, "Remdesivir" Ebolaya qarşı hazırlanan, amma kifayət qədər yaxşı nəticə vermədiyi üçün kənara qoyulmuş preparatdır. İndi SARS-CoV-2 virusunun çoxalmasını təmin edən bir proteinə (RNT-dependent, RNT polimeraza) bağlanıb onun işini əngəlləyə bilir. ABŞ Qida və Dərman Dairəsi koronavirusun müalicəsində istifadə olunması üçün icazə verib", - professor bildirib.
O qeyd edib ki, ikinci qrup çalışma molekulyar səviyyədədir: "Virusun spayk proteininin insan hüceyrəsinə yapışa bilməsi üçün mutasiyaya uğraması lazımdır. Mutasiyaya uğraması üçünsə insan hüceyrəsinin səthindəki proteaz (proteinlərin parçalanmasından məsul enzim) kimyəvi bağı qoparır. Proteazın olmadığı şəraitdə infeksiya səviyyəsi əhəmiyyətli miqdarda azalır. Biz həmin proteazın iş mexanizmini anlayıb onu əngəlləmək üçün dərman hazırlayırıq". (publika.az)
Milli.Az /news.milli.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Çin və Mərkəzi Asiya ölkələri aviareyslərin sayını artırır: Yeni marşrutlar açılır
Arif Mirzəyev vəfat etdi
Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama
Bakıda məşhur iş adamı avtomobilin altında qaldı: Komaya düşdü
Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb
Cəlilabadda 10 yaşlı uşaq qızdırmadan ölüb
Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi
"900 manat maaş alır, sistemdə 400 manat göstərilir" – İşçiləri hansı təhlükə gözləyir?
Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
26 100 AZN ilkin ödənişlə mənzil sahibi olmaq üçün son fürsətlər
Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib
8 milyard manatlıq sosial islahat: 2027-ci ildə vətəndaşları nə gözləyir?
Leyla Əliyeva 'Qlobal Sıfır Tullantı Alyansı' çərçivəsində keçirilən yüksəksəviyyəli toplantıda iştirak edib
Cəlilabadda azyaşlı yüksək hərarətdən öldü