Qisasda sizin üçün həyat var – Xocalını unutma!

Qisasda sizin üçün həyat var – Xocalını unutma!Qisasda sizin üçün həyat var – Xocalını unutma!
"Bundan başqa, demək olar ki, Xankəndi yaxınlığında yerləşən Xocalı sakinləri oranı atəşə tutdular. Amma, zənnimcə, əsas məsələ başqa şeydədir. Xocalıya qədər azərbaycanlılar bizimlə sadəcə zarafat etdiklərini düşünürdülər. Azərbaycanlılar elə bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməyən insanlardır. Bütün bu düşüncələri dəyişmək lazım idi. Belə də oldu".
Bu sözlərin müəllifi Ermənistanın keçmiş prezidenti, Qarabağ müharibəsində, Xocalı faciəsi zamanı erməni silahlı dəstələrinə rəhbərlik etmiş Serj Sarqsyandır. Təkcə bu ifadə kifayətdir ki, Sarqsyan Haaqa tribunalında ağır cəzalandırılsın. Çünki Xocalı qətliamı zamanı erməni quldurlarına komandanlıq etmiş Sarqsyan bunu şəxsən etiraf edib, özü də xarici vətəndaşa, Qarabağ münaqişəsi tədqiqatçısı Tomas de Vaala müsahibəsində.
Xocalı nifrət cinayət idi. Bu hadisə şəhərə hücum zamanı yaranmış toqquşmalarda ermənilərin dinc azərbaycanlıları da öldürməsi hadisəsi deyildi, məqsədli, planlı nifrət cinayəti idi.
Bunu sübut edən onlarla faktdan biri Xocalı əsirləri və onlara olan münasibətdir. Rəsmi sənədlərə əsasən, Xocalı qətliamı günü 1275 nəfər azərbaycanlı əsir götürülüb və Qırmızı Xaç Komitəsinin rəsmi sənədlərinə əsasən, aylarla, illərlə ağır işgəncələrə məruz qalıb, bədən üzvləri çıxarılıb, ömürlük şikəst ediliblər.
Fevralın 25-dən 26-na keçən gecə Xocalıda qoca, uşaq, qadın da daxil olmaqla, 613 mülki şəxs amansızlıqla qətlə yetirilib. Bunu isbat edən hadisə şahidi olan xarici media nümayəndələrinin onlarla fotosüjeti, yazılı qeydləri var.
Lakin bütün bu faktlar, hətta Ermənistan prezidentinin etirafı Xocalı cinayətkarlarının cəzalandırılmasına səbəb olmadı. Çünki dünya başqa qanunlarla işləyir. İkinci Dünya Müharibəsindən sonra formalaşdırılmış dünya nizamı planetdə ədalətsiz münaqişələrin, dinc insanların müharibələrdə öldürülməsinin qarşısını ala bilmədiyi kimi, həm də hər ölkənin "öz başının çarəsinə baxmalı olduğunu" deyir.
Bu mənada, Xocalı həm də dərsdir. İllər keçsə də, unutmaq, yaddan çıxarmaq olmaz. Çünki faciələrini unudan xalq onu yenidən yaşamalı olur. Tarix ona bir daha xatırladır.
Buna görə də Xocalını unutmamaq və onun qisasını almaq lazımdır. Necə ki, İkinci Dünya Müharibəsindən sonra yaranan İsrailin hökumət orqanları nasist cəlladlarını – uzaq Amerikada olanları belə, gizləndikləri yerdə ifşa edib, ölkəyə gətirib mühakimə edirdi.
Sarqsyanın öz ifadəsi ilə desək, azərbaycanlılar ermənilərin bu qədər qəddar olacağını gözləmədiyi kimi, erməni caniləri də qisas alınmayacağını düşünməsinlər. Xocalı canilərinin ifşa olunub cəzalandırılması ona görə lazımdır ki, növbəti dəfə Azərbaycan xalqına qarşı cinayət işlədəndə iki dəfə düşünsünlər. Nə zamansa intiqam alınacağını, cinayətlərinin cəzasız qalmayacağını anlasınlar. Xocalıda əli dinc insanların qanına batmış canilər Azərbaycan ədaləti və qisasının nəfəsini hər zaman boyunlarının arxasında hiss etməlidir.
Müqəddəs kitab "Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir. Ola bilsin ki, (bununla) pis əməldən (qətldən) çəkinəsiniz" deyir (Bəqərə, 179-cu ayə). Buna görə də üzərindən nə qədər il keçsə də, Xocalını unutmaq olmaz, onu yaşatmaq, diri saxlamaq lazımdır, qisası alınan günə qədər. Bir daha belə faciələr yaşanmasın deyə.
Rəşad Quliyev /oxu.az

Siyasi       Tarix: 26 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb. xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Prokurorluğunu

Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər

Sentyabrın 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin və onun köməkçisi olmuş Eldar Əmirovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Ramiz Mehdiyev məhkəməni

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi banklar kriminal cəbhədən yeni xəbərlər cebheden xeber