"Qısqanclıq evlər dağıdır" - İlk dəfə xanımından danışdı

"Qısqanclıq evlər dağıdır" - İlk dəfə xanımından danışdı"Gənclərə deyirəm ki, pul düşünməyin. Əsas sənəti fikirləşin. Dünyaya çıxmaq lazımdır. Pul yaşamı, məşqi, ruhu əlinizdən alır. Bir ölümü, bir də ruzini bilmərsən hardan gəlir. İlk başlayanda 11 il kirayədə yaşadım. 28 min dollar faizlə borcum var idi, amma nağaranı qaldırmağa çalışdım. Deyirlər, dayısı, əmisi arxasında dayanıb. Yox, heç kim olmayıb arxamda".
Open.az xəbər verir ki, bu sözləri Xalq artisti Natiq Şirinov müğənni Roza Zərgərlinin "Bakı vaxtı ilə" verilişində deyib. Nağara ifaçısı gənclərə səslənib.
N.Şirinov daha sonra ailəsindən danışıb. O bildirib ki, həyat yoldaşı onu heç vaxt qısqanmayıb:
"Tanınmağım ailə qurandan sonra başladı. Bu günə gəlib çatmağımda göydə Allah, yerdə xanım səbəb olub. Ailə gözəl olanda ritm də gözəl olur. "Sevgilim" mahnısını da ona həsr etmişəm. Ona nə həsr etsəm azdır. Düzdür, problemsiz ailə olmur. Bizdə də qırğın, küsmək, ağlamaq da olur. Hamısı sevginin başında dayanır.
Ailə gözəl olanda, kişi-qadın bir-birini qoruyanda gözəl olur. Hər şey inamdan başlayır. Xanıma təşəkkür edirəm ki, məni qısqanmadı. Qısqanclıq evlər dağıdır. Hər zaman mənə dəstək oldu. Musiqi aləmi elədir ki, deyirlər, bu niyə öpdü, qucaqladı, gül verdi... Nağara qalır bir kənarda, evdə qırğın gedir. Təşəkkür edirəm ki, xanımım bunu mənə yaşatmadı. Özünü idarə etməyi bacarmalısan. Birinci özünü, sonra ailəni idarə etməlisən".(axşam.az)

Şou Biznes       Tarix: 16 aprel 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

Survivor 2027'nin kapitanları onlar oldu

"Survivor 2027"nin yeni mövsümünün detalları bəlli olub. Layihənin aparıcısı Acun Ilıcalı ikiqat çempionlar Turabi Çamkıran və Ogeday Girişkenin yeni mövsümdə komanda kapitanı olacağını açıqlayıb. Könüllü iştirakçıla

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər xəbər.az sou xeberler bugun son.xabar