Qızılaxtaranlar 160-dan çox məzarı TALAN ETDİ
Qızılaxtaranlar son bir neçə ayda Barselonanın "Montjuik" qəbiristanlığında 160-dan çox məzarı qarət ediblər.
KONKRET.azxarici KİV-ə istinadən xəbər verir ki, Kataloniya polisi mərhum yaxınlarının və qəbiristanlıq işçilərinin çoxsaylı müraciətləri əsasında qəbirlərin kütləvi şəkildə talan edilməsi və təhqir olunması ilə bağlı araşdırmalara başlayıb.
Məlumata görə, qəbiristanlıqda yeni videomüşahidə sistemi quraşdırılıb və polis gecə-gündüz ərazidə xidmət aparır. Vandalların sonuncu qarəti iyulun 18-də qeydə alınıb.
Bildirilib ki, qəbiristanlığın ərazisinin böyük olması (56 hektar) polisin işinə mane olur.
Qeyd edək ki, nekropol memar Leandro Albared tərəfindən layihələndirilib və 1883-cü ildə şəhərin genişlənməsindən və sakinlərinin sayının artmasından sonra açılıb. Demək olar ki, bütün tikililər, məbədlər, heykəllər və abidələr qotik üslubunda hazırlanıb. Bir milyondan çox məzarın olduğu "Montjuik" qəbiristanlığında bələdçili turlar təklif olunur, lakin ərazidə fotoşəkil çəkmək qadağandır.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu