"Qızılca və göy öskürək yayılıb, bunu mütləq etməliyik" - Həkimdən valideynlərə ÇAĞIRIŞ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2023-cü ilin yanvar-oktyabr ayları ərzində Avropa regionunda qızılcaya 30 mindən çox yoluxma faktı qeydə alıb. Azərbaycanda isə 2024-cü ilin yanvar ayında qızılca və göy öskürəyin geniş yayılması müşahidə olunur.
Mövzunu KONKRET.az-a şərh edən həkim pediatr Gülşən Əliyeva bildirib ki, xəstəliyinin geniş yayılmasının səbəbi insanların peyvəndlərdən imtinasıdır:
"Son vaxtlar mənə müraciət edən valideynlərə bu haqda sual verəndə, onların 50 faizinin peyvənddən yayındığının şahidi oluram. Bir neçə il əvvəl göy öskürək epidemiya şəklində yayılmır, problem yaratmırdı. Ancaq pandemiya dövründən sonra planlı peyvəndlərin vurulmasının ləngiməsi xəstəliklərin geniş vüsət almasına şərait yaradır".
Həkim peyvəndlər haqqında yayılan yanlış məlumatlara diqqət çəkib:
"Təəssüf edirəm ki, texnologiyanın inkişaf etdiyi bir dövrdə biz hələ də qızılca kimi xəstəlikləri müalicə edirik. Bu kimi xəstəliklərin vaksinləri çoxdan tapılıb və artıq onlarla rastlaşmamalıyıq. Peyvəndlər haqqında sosial şəbəkələrdə yanlış informasiyaların yayılması, valideynlərinin bir-birini qorxutması bu xəstəliklər çoxaldır. Bəzən valideynlər uşaqları məktəbə göndərməkdən imtina edirlər. Düzdür, sinifdəki bir xəstə uşaq infeksiya mənbəyidir və məktəbdən kənarlaşdırmaq övladımızı kontaktdan və yoluxmadan qoruyur. Amma digər tərəfdən, bu, onun sosial həyatına mane olub təhsildən geri qalmasına səbəb olur".
Pediatr peyvəndlərin uşaqlardan çox böyükləri qoruduğunu dilə gətirib:
"Qeyd etmək lazımdır ki, peyvənd sadəcə uşaqları yox, həmçinin onun ətrafındakı böyükləri də qoruyur. Bəzən azyaşlı xəstəliyi daha yüngül keçirə bilir. Ancaq onun ətrafındakı ata-ana, bir yaşına çatmamış körpələr, hamilə qadınlar ciddi təhlükə ilə üz-üzə qala bilirlər. Bunları nəzərə alaraq, vaxtında peyvəndlərin vurulmasına diqqət göstərməliyik. Hazırda bundan başqa çıxış yolu yoxdur".
Fatimə Lətif,
KONKRET.az

Sağlamlıq       Tarix: 26 yanvar 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Ebola virusu yenidən alovlandı və sürətlə yayılır - XƏBƏRDARLIQ

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılması nəticəsində 131 nəfər həyatını itirib, 513-dən çox şübhəli yoluxma halı qeydə alınıb. xəbər verir ki, bu barədə BBC məlumat yayıb. KDR hökumətinin sözçüsü bildiri

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeberler xeberler az xəbərlər cəbhədən son dəqiqə