"Qızımı öldürərkən Mübarizə anası da kömək edib" - Şəmkirdəki dəhşətli qətlin təfərrüatı

"Qızımı öldürərkən Mübarizə anası da kömək edib" - Şəmkirdəki dəhşətli qətlin təfərrüatıŞəmkir rayonunda əri tərəfindən boğazı kəsilərək öldürülən 27 yaşlı Nailə Məmmədovanın ailəsi həm istintaqın gedişatından, həm də mətbuatda hadisə haqda yazılanlardan narazıdır.
N. Məmmədovanın atası Allahyar Əliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, kürəkəni Mübariz Məmmədovun qızını öldürməsinin səbəbi başqadır:
"Aprelin 17-də qızımı evimə gətirəndə dedilər ki, Mübarizin anası onunla yola getmir. Həmin gün Mübariz də, anası da gəlmişdi. Heç biri qızımın telefonuna SMS gəldiyini, buna görə mübahisələrinin düşdüyünü deməmişdi".
A.Əliyev qeyd edir ki, qızı 9 il əvvəl ailə həyatı qurub: "Onların 7 yaşlı oğlu, 5 yaşlı qızı var idi. Uşaqlar indi bilmirəm hardadır, yəqin sığınacağa verərlər. Qızımla kürəkənimin mübahisəsi oğlanın anasına görə olub. İkisi bir yerdə qızımı uşaqları ilə gətirib bizə qoydular. Kürəkənim axşam zəng edib dedi ki, ay dayı, gəlirəm Nailəni kirayə evə aparım. Dedim gəl danışaq. Anası qızımla yola getmirdi deyə ayrıca evdə qalmaq istəyirdi. Mübariz evin tək uşağıdır, atası da yoxdur. Gəldi bizə, danışdıq. Yoldaşım ərzaq da yığıb qoydu. Mən Mübarizə dedim ki, əgər yola getmirsinizsə, qızım qalsın burda, koronavirus qurtarandan sonra rəsmi boşanarsız. Dedi yox, ay dayı, qurban olum, o nə sözdür deyirsən, narahat olma, ayrı evə gedirik, daha yaxşı olacaq. Bunlar getdilər, yolda olanda 1-2 dəfə danışdım. Axırıncı dəfə danışanda dedi ki, öz evimizə gəlmişik, maşına "veş" yığırıq. Sonra daha Mübarizin telefonuna zəng çatmadı. Üstündən 2 dəqiqə keçəndən sonra Mübarizin qonşusu zəng edib dedi ki, "içəridə qızı döyüb öldürürlər, uşaqların səsi evlə birdi". 102-yə zəng edib məlumat verdim, özüm də ora getdim.
Ora çatanda artıq qızımı öldürmüşdülər. Sonradan özlərinə bəraət qazandırmaq üçün guya SMS məsələsini ortaya atdılar. Nailənin bu vaxta kimi ailəsi ilə söz-söhbəti olmayıb. Dekabr ayında Mübariz Şəmkirdə bir qadına ilişmişdi, buna görə qızım boşanmaq istəyirdi. Onda ailələr danışıb məsələni yoluna qoydu. Bir də aprelin 17-də qızımı gətirəndə mübahisələri olmuşdu".
"Qızımı öldürərkən Mübarizə anası da kömək edib" - Şəmkirdəki dəhşətli qətlin təfərrüatıAllahyar Əliyev iddia edir ki, qızının öldürülməsinə qayınanası Çiçək də kömək edib: "Qızımı döyə-döyə işgəncə veriblər ki, nəsə deməlisən. Sifətindən başqa bədəninin hər yeri gömgöy idi. Sonda da arxadan saçından tutaraq dartıb və boğazından bıçaqla kəsib, qalan zərbələri də böyrəklərinin üstündən vurub. Onların Nailəni öldürmək planları əvvəldən olub, yalandan kirayə evdə qalacaqlarını deyib. Bu işdə Mübarizə anası da kömək edib. Evdə də qızımın öldürülməsinə şərait yaradıb. Qapını da arxadan bağlayıblar.
Mübarizin qızımı buradan götürüb aparmağı və öldürməyi 1 saat ərzində olub. Əvvəldən planları onu öldürmək olub. Anası deyir uşaqlar çöldə olub, amma qonşu mənə dedi ki, uşaqlar otaqda olub, hadisə vaxtı da qışqırıb ağlayıblar". /open.az

Hadisə       Tarix: 22 aprel 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ

Naxçıvan Dövlət Universitetinin müəllimi vəfat edib. xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin (NDU) "Ədəbiyyat və kitabxanaçılıq" kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Nadir İsmayılo

Bu yollar təmirə bağlanır - Sürücülərin nəzərinə

Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Emin Quliyev küçəsində, eləcə də Məhərrəm Seyidov küçəsinin Salyan şossesi ilə kəsişməsindən Şahlar Əsgərov küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işlərinə başlanılır. xəbə

Naxçıvanda yeniyetmə bıçaqlandı

Naxçıvanda 16 yaşlı yeniyetmə bıçaqlanıb. -ın əldə etdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. Belə ki, mübahisə zamanı 2010-cu il təvəllüdlü S. Məmmədov (ad şərtidir) bıçaqlanıb. Yaralı Naxçıva

Bakıda gənc idman zalında öldü

Bakıda idman zalında ölüm hadisəsi olub. -a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisindəki zallardan birində baş verib. Burada məşq edən 20 yaşlı Rəsul Nəsibov qəfil dünyasını dəyişib. Onun ürək çatışmazlığında

Beyləqanda müəllim komaya düşüb öldü - Foto

Beyləqan rayonunda müəllim vəfat edib. xəbər verir ki, Aygün Həsənova dünyasını dəyişib. O, Beyləqan rayonunun Mayak qəsəbə tam orta ümumtəhsil məktəbində ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Məlumata görə, müəlli

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

Qəzada ölən Elşən bu qurumun əməkdaşı imiş – FOTO

Cəbrayılda baş verən qəza zamanı həlak olan Elşən Rüstəmov "AzərEnerji"nin əməkdaşı olub. KONKRET.azbildirir ki, "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, hadisə işə gedən zaman baş verib. Həyatını itirə

Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş

Bakının Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə həyatını itirən şagirdlə bağlı yeni detallar məlum olub. -a istinadən xəbər verir ki, 7-ci sinif şagirdi olan G.Dadaşovanın anası – 1969-cu il təvəllüdlü Səadə

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq öldü

Buzovnada 2 yaşlı qız su kanalında boğularaq ölüb. xəbər verir ki, Buzovna qəsəbəsində 2024-cü il təvəllüdlü F.C evinin qarşısındakı su kanalına düşərək boğulub. F.C meyiti sudan çıxarılıb. Araşdırmalar rayon prokurorluğ


son xeberler yeni xeberler azerbaycan xeberleri valyuta mezennesi 2026 xəbər.az xeber.az son xeberler xeber.az