Qızının nişanı qayıtdığı üçün arvadının boğazını kəsdi - Dəhşətli cinayətin detalları

Qızının nişanı qayıtdığı üçün arvadının boğazını kəsdi - Dəhşətli cinayətin detallarıHəyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Zaman Zeynalovun cinayət işi üzrə ilk məhkəmə baxış iclası keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror Elvin Mirzəyev təqsirləndirilən şəxsə ittiham aktını elan edib.
Zaman Zeynalov ona qarşı irəli sürülən ittihamla özünü təqsirli bilib. O, məhkəmədə ifadə verərkən bildirib ki, həyat yoldaşı Pərvanə Zeynalovanı Qobustan qəsəbəsində bıçaqla qətlə yetirib.
Səbəb isə hər dəfə aralarında yaranan mübahisə zamanı həyat yoldaşının mütəmadi polisə şikayət etməsi və onun ünvanına təhqiramiz ifadələr işlətməsi olub.
Sonuncu mübahisə zamanı isə həyat yoldaşının ona "sən nə kişisən?" ifadəsini işlətməsi Zaman Zeynalovu özündən çıxarıb.
Qeyd edək ki, Zaman Zeynalov əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə iki dəfə məhkum olunub. Ər-arvad arasında son vaxtlar yaranan mübahisələrin əsas səbəbi isə onların yenicə nişanı qayıtmış qızları ilə bağlı söz-söhbətlər olub. Zaman Zeynalov qızının nişanı qayıtmasına görə Pərvanə Zeynalovanı günahlandırıb.
Beləliklə, 1970-ci il təvəllüdlü Zaman Zeynalovun aralarında yaranmış mübahisə zamanı arvadı 50 yaşlı Pərvanə Zeynalovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Zaman Zeynalova qarşı Cinayət Məcəlləsinin 120.1 - qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb. / azxeber.com

Sosial       Tarix: 24 may 2024
f Paylaş

Oxşar xəbərlər

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler hava durumu iqtisadiyyat xeberleri bugun cəbhədən son dəqiqə axsam az xeberler