"Qızlara ağ yaraşır" layihəsinin iştirakçıları Azercell-in qonağı oldular

Layihə çərçivəsində cüdoya başlayan yeniyetmə qızlarla görüş keçirildi.
azxeber.com xəbər verir ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində "Qızlara ağ yaraşır" sosial təşəbbüsü çərçivəsində cüdo ilə məşğul olmağa başlayan gənc qızlar Azercell-in qonağı oldular. Fəallıqları və nailiyyətləri ilə fərqlənən yeniyetmə cüdoçular Azercell əməkdaşları ilə görüşərək cüdoya başlama motivasiyaları, bu idmanın onların həyatında yaratdığı imkanlar və gələcək hədəfləri barədə fikirlərini bölüşdülər.  
Görüş "Azercell Telekom" MMC-nin Korporativ Ünsiyyət departamentinin direktoru Sona Abbasovanın, şirkət nümayəndələrinin və Azərbaycan Cüdo Federasiyasının Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri  Ülkər Abbasovanın iştirakı ilə baş tutdu. 
Tədbiri giriş sözü ilə açan Sona Abbasova Azərbaycan Cüdo Federasiyası ilə tərəfdaşlığın müvəffəqiyyətinin qarşılıqlı hörmət, dürüstlük və davamlı inkişaf kimi ortaq dəyərlərə əsaslandığını vurğuladı: ""Qızlara ağ yaraşır" təşəbbüsü də bu əməkdaşlığın mühüm hissəsidir. Layihənin əsas məqsədi qızların cəmiyyətdə rolunun gücləndirilməsinə və onların potensiallarını reallaşdırmaları üçün imkanların yaradılmasına töhfə verməkdir. Bu gün gənc cüdoçu qızların simasında bu təşəbbüsün real nəticələrini görürük. Onlar artıq yerli və beynəlxalq yarışlarda iştirak edir, uğurlar qazanır və digər qızlar üçün ilham mənbəyinə çevrilirlər."
Qeyd edək ki, "Qızlara ağ yaraşır" layihəsi ictimaiyyət arasında erkən nikah mövzusuna diqqətin artırılmasını, eyni zamanda qızlar arasında idmanın təşviqini hədəfləyən sosial təşəbbüsdür. Layihə indiyədək bir sıra beynəlxalq mükafatlara layiq görülüb.

İqtisadiyyat       Tarix: 11 mart 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda

Park Yasamalda hazır vətikintisi davam edən mənzillər: hansı seçimlər var?. Bakının Yasamal rayonunda yerləşən Park Yasamalyaşayış kompleksində fərqli sahə və planlaşdırmaya malik mənzillər satışdadır.Kompleksdə həm köçməy

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Yelo Bank-da Süd Vəzi Xərçəngi Maarifləndirmə Ayına həsr olunmuş seminar keçirilib

Hər ilin oktyabr ayı bir çox ölkədə süd vəzi xərçəngi ilə bağlımaarifləndirmə kampaniyaları ilə yadda qalır. Bu təşəbbüsə qoşulan Yelo Bankxanım əməkdaşları üçün peşəkar mütəxəssisin iştirakı ilə seminar təşkil edib.Məqsə

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək

17 oktyabrda "AWS User Group Baku"nun təşkilatçılığı və Azercell-in dəstəyi ilə Bakıda "AWS Agentic Football Cup" keçiriləcək. Tədbirdə iştirakçılar süni intellektlə idarə olunan futbol komandaları yaradara

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 valyuta məzənnələri son xeberler az iqtisadiyyat xeberleri bugun