Qlobal güclərin maraq savaşı: ABŞ, Rusiya və Çin yeni mərhələyə hazırlaşır - ŞƏRH

Qlobal güclərin maraq savaşı: ABŞ, Rusiya və Çin yeni mərhələyə hazırlaşır - ŞƏRHAnar Əsədli, AY Partiya Başqanı
Dünya miqyasında üç proses böyük diqqətlə izlənilir və qlobal, eləcə də regional siyasi-iqtisadi qərarlar bu proseslərə əsasən tənzimlənir. Bunlar Tayvanda ABŞ və Çin qarşıdurması, Serbiya və Kosova qarşıdurması, Ukrayna müharibəsi fonunda Türkiyə üzərindən açılan "taxıl dəhlizi"dir.
Əslində üç adda şəkilləndirilən bu olaylar ümumilikdə bir prosesin tərkib hissəsidir: Qlobal güclərin maraq savaşı. ABŞ, Rusiya və Çin yeni perioda hazırlaşır.
Yaxın keçmişə kimi qlobal güclər II Dünya müharibəsindən sonrakı şəkilləndirmələrlə və 90-cı illərdə edilən müəyyən dəyişikliklərlə razı idi. Ən azından buna qarşı çıxmaq cəhdi görünmürdü. Bu paylaşdırılmada ABŞ (Qərb) güclü, Rusiya zəif tərəf idi. Keçən 70 ildə yeni güc formalaşdı – Çin. Əslində meydanın əvvəlki oyunçuları – həm ABŞ, həm də Rusiya Çinin qarşısını almaqla bağlı yollar düşünürdü, lakin bu iki gücün rəqib olması onların Çinə qarşı birgə mübarizə aparmasına imkan vermədi. Belə olan təqdirdə supergüclərin hər biri ayrılıqda öz oyununu qurmağa başladı və partladılmaq üçün döşənmiş minalar işə salındı. Yəni Ukrayna müharibəsi, Tayvan konflikti, Serbiya-Kosova qarşıdurması zamanında döşənmiş minalardır.
Hesab edirəm ki, bu minaların indi olmasa da, nə vaxtsa partladılması versiyası mütləq şəkildə qalır. Bu, hətta supergüclərin belə mane ola bilməyəcəyi bir gedişatdır.
Biz nə etməliyik? Bu proseslər necə qiymətləndirilməli və hansı yol əsas götürülməlidir?
Bizim üçün əsas olan bu sualların cavabıdır. Bu məqamda Türkiyənin Ukrayna müharibəsi ilə bağlı tutduğu mövqeyi nümunə göstərmək tam yerinə düşər. Rusiya və Avropa Ukraynadakı savaş bataqlığına sürükləndikdən sonra Türkiyənin məharətlə oynadığı barışdırıcı ölkə rolu öz töhfəsini verdi.
Faktiki olaraq, Rusiya və Ukrayna bir masa arxasında, birgə işçi qrup şəklində İstanbulda oturub. "Taxıl dəhlizi"nin açılmasına nail olan Türkiyə de-fakto tənzimləyici və taxıl paylayan ölkə statusu qazandı.
Bu proses Türkiyənin beynəlxalq nüfuzunu və geosiyasi proseslərə təsir imkanını xeyli artırdı. Belə olan təqdirdə burnunun dibindəki Serbiyada baş verənlər Türkiyənin nəzarətindən qaça bilməz. NATO ölkəsi olan Türkiyənin ən çox ət ixrac etdiyi ölkə Serbiyadır. Yəni Serbiyayla ticari əlaqələri kifayət qədər genişdir. Çavuşoğlunun "Türkiyə barışdırıcı ölkə missiyasını üzərinə götürə bilər", – deməsi təsadüfi replika deyildi.
Aİ də Avropa qitəsində yeni savaşın başlamasında qətiyyən maraqlı deyil. Öz növbəsində ABŞ üçün Serbiya kiçik hədəfdir. Əsl istədiyi Ukrayna savaşı idi ki, Rusiyanı və Avropanı o bataqlığa Putinin" parlaq dühası" ilə sala bildi. ABŞ üçün Serbiya kiçik oyundur. Əzmək üçün bir neçə saat belə kifayət edər. Yəni Serbiya-Kosova qarşıdurmasında tək maraqlı tərəf Rusiya görünür ki, onun da bu savaşın alovlanmasında nə qədər başarılı ola biləcəyi şübhə doğurur. "Serbiyanın yanındayıq" kimi bəyanat səmimi səslənmir.
Bu zəncirvari siyasi çəkişmələrin əsas halqası ABŞ-Çin qarşıdurmasının pərdəarxası və soyuq məkandan çıxıb, qaynar xəttə keçid almasıdır. Əlbəttə söhbət savaşdan getmir, amma Tayvanda baş verənlərin ardının olacağı şübhə doğurmur.
KONKRET.az

Siyasi       Tarix: 02 avqust 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı ölkəmizin beynəlxalq əhəmiyyətli nüfuzl

"Qısqanclıq kişi ilə qadın arasında olur" - Putin həmin görüşdən danışdı

Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib. TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxal

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son durum xeberler azerbaycan valyuta mezenesi en son xeberler bu gun