"Qlobal iqtisadi proqnozlar artıq dəyişir" – İqtisadçıdan açıqlama
Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard hazırkı geosiyasi vəziyyət səbəbindən əvvəlki iqtisadi proqnozların bir hissəsinin artıq aktuallığını itirdiyini bildirib. O qeyd edib ki, mart ayında keçiriləcək iclasda yeni iqtisadi ssenarilər hazırlanacaq.
İqtisadçı Eldəniz Əmirov azxeber.com-a açıqlamasında bildirib ki, bu, çox vacib bir etirafdır:
"Bu, qlobal iqtisadiyyat üçün mühüm bir etirafdır. Normal şəraitdə iqtisadi proqnozlarda müəyyən xəta payı olur və bu, adətən ÜDM və ya inflyasiya göstəricilərində 1–3 faiz bəndi səviyyəsində dəyişir, bəzi hallarda isə 5 faiz bəndinə qədər çata bilər. Lakin hazırkı qlobal vəziyyətdə məsələ artıq sadəcə statistik xəta deyil, bütöv iqtisadi ssenarilərin dəyişməsi səviyyəsinə gəlib çatıb".
İqtisadçı qeyd edib ki, bügünkü qlobal iqtisadiyyat əvvəlki kimi deyil:
"Dünyada müharibələr, enerji şokları və siyasi qərarlar qısa müddətdə iqtisadi mənzərəni kökündən dəyişə bilir. Bu səbəbdən o, uzunmüddətli – 3 və ya 5 illik iqtisadi proqnozlara ehtiyatla yanaşmaq vacibdir. Əgər Avropa Mərkəzi Bankı kimi böyük maliyyə institutunun rəhbərliyi belə birillik proqnozların tez-tez yenilənməsinə ehtiyac yarandığını etiraf edirsə, bu, qlobal iqtisadiyyatın əvvəlki kimi sabit və proqnozlaşdırıla bilən sistem olmadığını göstərir".
E.Əmirov bildirib ki, qeyri-müəyyənliyin idarə olunması əsas iqtisadi gücə çevrilib:
"Hazırkı şəraitdə ən real yanaşma uzunmüddətli "dəqiq rəqəmlər"ə deyil, müxtəlif ssenarilər üzərində düşünməyə üstünlük verməkdir. Çünki müasir dövrdə əsas məsələ konkret rəqəmlərdən çox, qeyri-müəyyənliyin düzgün idarə olunmasıdır".
Şahanə Ziyad

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb