QMİ: Həcc ziyarətinə getmək istəyənlər Ramazan ayının sonuna kimi qeydiyyatdan keçməlidir
"Bu il Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna dəyişiklik edilib. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ramazan ayının sonuna kimi Həcc ziyarəti ilə bağlı prosedurları bitirməyi tələb edir".
Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, Ramazan ayının sonuna kimi Həclə bağlı sistemin bağlanmağı gözlənilir: "Vətəndaşlarımız bilməlidir ki, bu il çox fərqlidir, əvvəlki illər kimi deyil, Səudiyyə Ərəbistanının müvafiq qurumları tərəfindən bütün prosedurları erkən bitirmək tələb olunur. Yəni Ramazan ayının sonuna kimi qeydiyyatdan keçməyənlər Həcc ziyarətinə getməyə bilərlər. Ona görə xahiş edirik ki, ziyarətə getmək istəyənlər Ramazan ayının sonuna kimi qeydiyyatdan keçsinlər. Artıq xeyli vətəndaş ziyarətə getmək üçün qeydiyyata alınıb və hazırda yerlər məhduddur". / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR