QMİ rəsmisindən ETİRAZ: "Ramazandan istifadə edib insanları aldadırlar
"Bir adam günah, yaxud da səhv edirsə, cəzasını çəkməlidir. İnsanları aldatmaq isə böyük günahdır".
Bunu "Qaynarinfo"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin rəsmisi hacı Fuad Nurullayev bəzi restoranlarda gündüz saatlarında 15 manata olan menyunun axşamlar iftar süfrəsində 25-55 manata təklif olunmasına münasibətində deyib.
Hacı Fuad Nurullayevin sözlərinə görə, restoranlarda iftar süfrəsinin vətəndaşlara baha təklif edilməsi ilə bağlı icra hakimiyyətləri məşğul olmalıdırlar:
"Həmin orqanlar restoranların fəaliyyətini tənzimləyirlər. Restoranların rəhbərliyindən soruşmaq lazımdır ki, sizin insafınız, ədalətiniz harada qalır? Bu restoranları işlədənlərdən soruşmaq lazımdır ki, niyə belə edirsiniz? Bu adamlar Ramazandan istifadə edib insanları aldadır, günaha batırlar. İnsanlar, belə şeylər etməyin, günahdır. Dinimiz deyir ki, insanın bir məhsulu maya dəyərindən bir qat yarımdan baha satmaq hüququ yoxdur".
Hacı Fuad Nurullayev özünün heç vaxt iftarını restoranlarda açmadığını vurğulayıb:
"İstisna hal ola bilər. Niyə getmirəm? Restoranda yeməklərin hansı yağla bişirildiyi bilinmir. O restoranlara getmək olar ki, orada işləyənləri tanıyasan, ortaya halal tikə qoysunlar qarşına". / azxeber.com

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR