QMİ sədri Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşdü

QMİ sədri Müqəddəs Taxt-Tacın dövlət katibi ilə görüşdüİyulun 10-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə səfərdə olan Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə görüşüb.
azxeber.com xəbər verir ki, əvvəlcə Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə Müqəddəs Taxt-Tacın dövlət katibi arasında təkbətək görüş keçirilib.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.
Görüşdə çıxış edən şeyxülislam Allahşükür Paşazadə diqqətə çatdırıb ki, Müqəddəs Taxt-Tacla Azərbaycan arasında, habelə Roma Katolik Kilsəsi ilə QMİ arasında münasibətlər yüksək səviyyədədir. Ulu Öndər Heydər Əliyevin dəvəti ilə 2002-ci ildə Papa II İohan Pavel Azərbaycana səfər edib, ölkəmizdə azsaylı katolik icması üçün kilsə inşa olunub.
Diqqətə çatdırılıb ki, Müqəddəs Taxt-Tacla Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində Prezident İlham Əliyevin Vatikana səfərləri xüsusi rol oynayıb. Dövlətimizin başçısının və birinci xanım Mehriban Əliyevanın Vatikanda və ölkəmizdə Müqəddəs Taxt-Tacın rəsmiləri ilə görüşləri, Heydər Əliyev Fondunun xətti ilə Vatikanda reallaşdırılan layihələr misilsiz tarixi əhəmiyyətə malikdir.
QMİ sədri qeyd edib ki, Papa Fransisklə Bəhreyndə, Qazaxıstanda qardaşlıq görüşləri heç şübhəsiz, dini mərkəzlərimiz arasında mövcud yüksək səviyyəli münasibətlərin daha da möhkəmlənməsi, ümumilikdə müsəlman-xristian dialoqu prosesinə dəyərli töhfə olub. Papa Fransiskin Əl-Əzhər Şeyxi Əhməd ət-Tayyib ilə birgə 2019-cu ildə Abu-Dabidə imzaladığı İnsan Qardaşlığına dair sənəd dünyada insan həmrəyliyinə xidmət edən ali məramın təcəssümüdür.
Şeyxülislam etnik və dini müxtəliflik multikultural Azərbaycanın milli sərvəti olduğunu deyib. Bildirilib ki, Azərbaycan bu monolitliyi, dini-mənəvi harmoniyanı, xalq-dövlət birliyini 44 günlük Vətən müharibəsində əyani şəkildə nümayiş etdirib.
"Bu gün məscid və məbədlərimizi yerlə-yeksan edən erməni vandalizminin izlərini bütün dünya görür, basdırdıqları minalar bu gün də yüzlərlə mülki şəxsin həyatına son qoymaqda davam edir. Dövlətimiz işğaldan azad etdiyimiz ərazilərdə vandalizm qurbanı olmuş dini-mənəvi irsimizi heç bir ayrı-seçkilik qoymadan bərpa edir, yenidən qurur. Təəssüf olsun ki, əsrlər boyu bütün dini icmaların sülh və əmin-amanlıq şəraitində yaşadığı Azərbaycana qarşı ermənilərin körüklədiyi əsassız, ədalətsiz və qərəzli ittihamlar səngimir", - deyə A.Paşazadə vurğulayıb.
Sonra çıxış edən Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ölkələrimiz arasında çox gözəl əlaqələrin mövcud olduğunu deyib. Humanitar məsələlərdə hər iki ölkə eyni məqsədinin olduğunu qeyd edən kardinal bildirib: "Ötən il əlaqələrimizin qurulmasının 30 illiyini qeyd etdik. Azərbaycan multikultural ölkə kimi parlayır. Azərbaycana daim sülh arzu edirəm".
Qonaq xalqımızın qonaqpərvərliyini, tolerantlığını yüksək qiymətləndirib, Bakıda həyata keçirilən quruculuq işlərinə heyran qaldığını deyib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sonda xatirə hədiyyələri təqdim olunub.

Sosial       Tarix: 10 iyul 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az 2026 dunya xeberleri son xeberler bugun 2026 azerbaycan xeber.az son xeberler