"Qobu park"da mənzil yandırıldı, sakinlər təxliyə edildi - YENİLƏNİB
Bakının Qaradağ rayonunda yanğın hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə Lökbatan qəsəbəsindəki "Qobu park" yaşayış kompleksindəki 18-ci binada qeydə alınıb.
Belə ki, 10-cu mərtəbədə yerləşən 50-ci mənzilin sahibi Coşqun Mehdiyev ailəsi ilə birgə yaşadığı mənzili yandıraraq dama çıxıb.
Qonşular alovun qarşısına almağa çalışsa da onların köməyinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları çatıb.
Alovun qarşısı qısa zamanda alınıb.
Qonşular bildirir ki, Coşqun ruhi əsəb xəstəsidir. O, birgə yaşadığı ailə üzvlərini də döyərək evdən qovub.
Hadisə yerinə polislər gəlib.
Ev sahibi Coşqun Mehdiyev bölməyə dəvət edilib.
Hadisə araşdırılır.
21:30
Bakı şəhərinin Qaradağ rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
KONKRET.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, binanın 10-cu mərtəbəsində ümumi sahəsi 55 m² olan 2 otaqlı evin 1 otağının qapısı və divar üzlüyü 2 m² sahədə yanıb.
"Yanğın zamanı 6 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", – deyə nazirlik bildirib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?