Qola qırmızı sap bağlamaq nə məna daşıyır?

Qola qırmızı sap bağlamaq nə məna daşıyır?Son zamanlar biz tez-tez adi insanlar və tanınmış, məşhur şəxslərin qollarında qırmızı rəngdə saplar görürük. Bu saplar nə məna daşıyır?
Open.az xəbər verir ki, Kabbalada (iudaizmdə mistik elm) qırmızı sap sahibini müxtəlif bəlalardan qoruyan güclü amulet sayılır.
İnsan bu sapı sol biləyinə bağlamalıdır. Belə hesab olunur ki, aura və bədənimizə neqativ, mənfi energi məhz sol əldən keçir.
Hindistanda qırmızı saplar məbədlərdə cavan subay qızların biləyinə bağlayırlar ki, qız tezliklə ərə getsin.
Slavyanlarda da biləyə qırmızı sapın bağlanması pis gözdən və nəzərdən qorunmaq üçün istifadə olunurdu. Həmçinin bu saplar xöşbəxtlik, maddi rifah və bol şans cəlb etmək üçün taxılırdı.
Qırmızı sap necə bağlanır?
Sap təmiz yundan olmalı və müqəddəs yerlərdən gətirilməli və ya ən azından təzə olmalıdır (yəni köhnə yun paltarından yox). Həmçinin bu sapı insanın qoluna yalnız çox yaxın, onu sevən və ona yaxşılıq arzulayan şəxs bağlamalıdır. Sapı düz 7 dəfə düyünləmək lazımdır.
İlk dəfə qırmızı saplar Hollivud ulduzları və tanınmış müğənnilərin biləklərində görünməyə başlayıb və sonra bütün dünyada dəbə minib. Bu müğənnilərdən biri Madonnadır. Madonna müsahibələrdə etiraf edirdi ki, qırmızı sap ona harmoniya, əminlik, işlərdə uğur və şöhrət qazandırıb.
Belə hesab olunur ki, qırmızı sap yalnız o halda insana uğur və xöşbəxtlik gətirə bilər ki, insan özü dürüst olsun, heç kimə pislik etməsin və arzulamasın.
Təbii ki, buna inanan da, inanmayan da, buna qarşı çıxan da, şirk hesab edən də var. Lakin əgər bir qırmızı sap insanı ən azından pis əməllərdən çəkindirir, ona özünə inam bəxş edirsə, burada böyük qəbahət görməyək. (publika.az)

Şou Biznes       Tarix: 26 may 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

5 milyonluq səhifəsini bağlamışdı - Səbəbini açıqladı

Həm karyerası, həm də şəxsi həyatı ilə hər zaman gündəmdə olan türkiyəli aktyor Kıvanç Tatlıtuğ təxminən 5 milyon izləyicisi olan instaqram hesabını niyə deaktiv etdiyini açıqlayıb. Türkiyə KİV xəbər verir ki, tədbirləri

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı


son xeberler azerbaycan xeberleri yeni xeberler azerbaycanda son xeberler futbol xeberleri son xəbərlər bugün 2026 en son xəbərlər bugün