Qondarma "DQR"ın müstəqilliyini tanımaq istəyən Parisin meri İrəvana gəldi
Paris meri Ann Hidalqo Ermənistanın paytaxtına rəsmi səfərə gəlib. "Zvartnots" beynəlxalq hava limanında onu İrəvan merinin birinci müavini Levon Ovannisyan qarşılayıb.
KONKRET.azxəbər verir ki, bu barədə informasiyanı İrəvan merinin mətbuat xidməti yayıb.
Birinci vitse-mer qonağı salamlayaraq, meriyada keçiriləcək görüşlərdə nəinki iki paytaxt arasında artıq həyata keçirilmiş proqramların müzakirə olunacağına ümidvar olduğunu, həm də yaxın bir neçə gün ərzində bu proqramın həyata keçiriləcəyinə ümid etdiyini bildirib.
O, əməkdaşlığın yeni sahələri üzrə razılığa gəlməyin mümkün olacağını xüsusi vurğulayıb.
Qeyd edək ki, səfər çərçivəsində Ermənistan və Fransa paytaxtlarının merlərinin görüşü nəzərdə tutulub.
Xatırladaq ki, Ann Hidalqo ermənipərəst mövqedə durmağı heç vaxt gizlətməyib. O, bu ilin aprelində qondarma "erməni soyqırımı" günlərində Paris meriyasında keçirilən anım tədbirində Fransanın erməni icmasına ölkəyə gətirdiyi "həyat gücü"nə görə təşəkkür edib və bununla da "soyqırımı"na sadiqliyini bir daha təsdiqləyib.
Mer xatırladıb ki, Paris Şəhər Şurası artıq mövcud olmayan qondarma "DQR"ın müstəqilliyini tanımağa hazırdır. Bundan əlavə "psixoloji sarsıntı" keçirmiş müharibə veteranlarına maddi yardım məsələsini qaldırmaq istəyini də ifadə edib. O, Ermənistan və "Artsax"a (Qarabağdakı qondarma rejim), hazırda sülhməramlıların nəzarəti altında olan əraziyə səfərini elan edib.
Ermənistan və onun havadarları həzm edə bilmirlər ki, Qarabağa edilən səfərlər yalnız rəsmi Bakının icazə olandan sonra həyata keçə bilər. Ann Hidalqoya isə belə icazənin verilməsi qeyri-mümkündür, çünki o, artıq Azərbaycanın qara siyahısına daxil edilib.
KONKRET.az,
Roman Göytürk
Xidmetler [newsid: 0-123300]

Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Yeni idman dünyası Kinon TV-də: "Setanta Sports & TV" paketi istifadəyə verildi
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
Bank kartlarında yeni qayda: Hansı kartlara məhdudiyyət qoyulacaq? - AÇIQLAMA
Mahnı sifarişi üstündə dava: Müştəri bıçaqlandı
Türkiyə - Fransa oyununa hansı kanalda baxaq?
Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun