Qoruyucu maskalar həyatımızdan nə vaxt çıxacaq?
Tibb elmləri doktoru, epidemioloq, viral infeksiyalara nəzarət və qarşısının alınması üzrə mütəxəssis Mixail Favorov payızda koronavirus infeksiyasının ikinci dalğasının meydana gəlmə ehtimalının yüksək olduğunu bildirib.
Milli.Az xəbər verir ki, bu barədə o, RT efirində məlumat verib. Mütəxəssis virusun daha da aqressivləşə biləcəyini qeyd edib. Həkim əlavə olaraq mövsümi yüksəlişin oktyabr ayında başlayacağını və bu dövrdə COVID-19-a yoluxanların yayda xəstələnənlərə nisbətən infeksiyanı daha çətin keçirəcəyini açıqlayıb.
"Bütün tənəffüs xəstəliklərində mövsümilik var. Payız və qışda qripə yoluxma halları artır. Yay aylarında virus günəşin ultrabənövşəyi radiasiyasına məruz qalması səbəbindən azalır", - Favorov bildirib.
Onun sözlərinə görə, insanlar özünü qorumaq üçün təxminən iki il ərzində qoruyucu maskalar taxmalıdır:
"Qarşıdakı iki-üç il ərzində istəsək də, istəməsək də maska taxmalı olacağıq. Maskaya nifrət edirəm, amma taxıram. Bunun nəinki sizi, başqalarını da qoruduğunu başa düşün. Virus ötürdüyünüz dozadan asılıdır. Maska taxdığınız zaman doza azalır".
Favorovun fikrincə, effektiv peyvənd yaradılsa belə, koronavirus epidemiyası daha iki il davam edəcək. Əgər tapılmazsa, üç-dörd il çəkə bilər. O qeyd edib ki, ölənlərin sayını azaltmaq üçün ilk növbədə risk altında olan insanları peyvənd etmək lazımdır. (publika.az)
Milli.Az /news.milli.az
Turlar.az [newsid: 0-123300]

Təzyiqi salmağın inanılmaz yolu - Alimlərdən diqqətçəkən açıqlama
Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar