Qorxduğumuz başımıza gəldi - Parsyan
"Təəssüf ki, qorxduğumuz başımıza gəldi və həmin şey gerçəkləşdi".
Publika.az erməni mediasına istinadla xəbər verir ki, bunu Qafan şəhərinin meri Gevorq Parsyan bu gecə Çakaten kəndində Azərbaycan nəzarət-buraxılış məntəqəsinin yaradılması ilə bağlı danışarkən deyib. O bildirib ki, hazırda Qafan meriyası ciddi problemlə üz-üzədir:
"Bu, bizim üçün çox ciddi problemdir, çünki həmin istiqamətdəki yaşayış məntəqələrinin durumu postların qurulmasından sonra çox ağırlaşıb. Ümumiyyətlə, indi həmin yol bağlanıb. Yeganə alternativ yol Mehri şəhərindən keçir. 90-cı illərdə tikilmiş yeganə qısa alternativ yol meşədən keçir və çox çətin keçilən yoldur ki, orada da çox iş görülməlidir. Sabahdan artıq biz o 6 kəndin sakinlərini düşünməliyik".
Parsyanın sözlərinə görə, həmin 6 kənddə 600-700 nəfərə yaxın insan yaşayır:
"Bu məsələnin həll olunacağına əminəm. Vorotan istiqamətində Azərbaycanın gömrük məntəqəsinin yaradılmasından artıq 2 gün keçir. İndi orada digər işlər aparılır. Biz Paşinyan hökuməti ilə indiki məqamda əməkdaşlıq etməyə məcburuq. Birgə fəaliyyət göstərib məsələni həll etməyə çalışacağıq".
Tural Turan

Neft yenidən ucuzlaşdı
ABŞ-nin F-16 qırıcısı qəzaya düşdü
Hüseyn əməliyyat olundu - Foto
Bu tarixdə Bakıda qaranlıq olacaq
Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasına qatıldı
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
Bəhlul Mustafazadə yenə əməliyyat olundu
Avropa Liqası: daha 9 oyun baş tutacaq
Karapetyanın ev dustaqlığı daha iki ay uzadıldı
Ağdamda toyda dava: Xəsarət alan var
Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
Bakıda küçədə meyit tapıldı
Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi
Beş dövlət Xəzər dənizi ilə bağlı yeni qərar verdi