"Qoşulmama Hərəkatı Gənclərinin Şuşa həftəsi" başa çatdı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı tərəfindən keçirilən "Qoşulmama Hərəkatı (QH) Gənclərinin Şuşa Həftəsi" layihəsi 28 iyul tarixində başa çatıb.
azxeber.com xəbər verir ki, günün ilk hissəsində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) sədri Orduxan Qəhrəmanzadənin moderatorluğu ilə "Gənclər arasında əməkdaşlığın gücləndirilməsinin yolları" mövzusunda interaktiv sessiya keçirilib.
O. Qəhrəmanzadənin qısa təqdimatı ilə başlayan sessiya qrup məşğələsi ilə davam etdirilib.
Daha sonra iştirakçı gənclər Şuşa şəhəri ilə yaxından tanış olmaq üçün şəhər turuna qatılıblar. Gəzinti çərçivəsində bələdçi tərəfindən iştirakçılara Şuşa şəhərinin tarixi, mədəni əhəmiyyətə malik görməli yerləri, o cümlədən Cıdır düzü, Vaqifin məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi və Şuşa Qalası barədə ətraflı məlumat verilib.
Şuşa həftəsinin son günü Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyevin moderatorluğu ilə "Diplomatiya və liderlik: diplomat olmaq üçün nə lazımdır?" mövzusuna həsr edilən sessiya ilə davam edib. İştirakçılara diplomatiya tarixi, həyata keçirilmə üsulları, diplomatlara xas olmalı olan xüsusiyyətlər və digər mövzularda məlumat verilib. Sessiya iştirakçı gənclərin qruplara bölünərək sessiyanın mövzusu üzrə praktiki tapşırıqları yerinə yetirməsi ilə davam edib.
Günün sonunda "Qoşulmama Hərəkatı Gənclərinin Şuşa həftəsi"nin bağlanış mərasimi baş tutub. QHGT-nin sədri Orduxan Qəhrəmanzadənin moderatorluğu ilə keçən bağlanış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov öz çıxışında QH-nin qlobal siyasətdə vacib roluna və bu xüsusda Hərəkatın gənclər təşkilatının yaradılmasının əhəmiyyətinə diqqət çəkib. Bağlanış mərasimi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyevin çıxışı ilə davam edib. Şuşa şəhərinin QHGT-nin tarixində xüsusi rolunu qeyd edən Y. Rəfiyev XİN tərəfindən QHGT-yə göstərilən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib, "Qoşulmama Hərəkatı Gənclərinin Şuşa həftəsi"ndə fəal iştiraklarına görə iştirakçılara sertifikatlar və mükafatlar təqdim edilib.

Sosial       Tarix: 30 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


yeni xeberler azerbaycan xeberleri son xeberler hava proqnozu son xəbərlər azərbaycanda valyuta mezenesi