"Qoşulmama Hərəkatı Gənclərinin Şuşa Həftəsi" layihəsi başlayıb – FOTO

Xarici İşlər Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qoşulmama Hərəkatı Gənclər Təşkilatı tərəfindən keçirilən "Qoşulmama Hərəkatı Gənclərinin Şuşa Həftəsi" layihəsinin 25 iyul tarixində Şuşa şəhərində açılış mərasimi baş tutub.
azxeber.com xəbər verir ki, mərasim ötən il ölkəmizdə baş tutan Qoşulmama Hərəkatı (QH) Gənclər Sammitinin yekun sənədi olaraq Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsinin Təşkilata çevrilməsinə əsas verən "Şuşa Akkordu"nun birinci ildönümü münasibəti ilə keçirilib.
Açılış mərasimi Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadənin açılış nitqi ilə başlayıb.
O. Qəhrəmanzadə qonaqları salamlayaraq bir il bundan öncə məhz Şuşa şəhərində QHGT-nin təsis sənədi hesab olunan "Şuşa Akkordu"nun strateji əhəmiyyətindən söz açaraq keçən müddət ərzində görülən işlərdən danışıb.
Daha sonra, QHGT-nin 2021-2023-cü illərdə göstərdiyi fəaliyyəti əhatə edən videoçarx nümayiş olunub.
Rəsmi hissədə çıxış edən Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev Gənclər və İdman Nazirliyi tərəfindən QHGT-nin fəaliyyətinə təsis olunduğu gündən etibarən göstərilən dəstəyə diqqət çəkərək bu dəstəyin davamlı olacağını bildirib.
Daha sonra Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Yalçın Rəfiyev çıxış edərək Azərbaycan Respublikasının Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə əsası qoyulan QHGT-nin vacib bir beynəlxalq gənclər təsisatına çevrildiyini vurğulayıb.
Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktorunun səlahiyyətlərini müvəqqəti olaraq icra edən Qədir Xəlilov isə çıxış edərək Gənclər Fondu tərəfindən QHGT-yə göstərilən dəstəyə diqqət çəkib, bundan sonra da Fondun bir çox sosial və gənclər yönümlü dəstək mexanizmləri çərçivəsində QHGT-nin fəaliyyətinə dəstək göstəriləcəyini qeyd edib.
5 gün davam edəcək layihə çərçivəsində yerli və xarici gənclərin iştirakı ilə QH Modeli Simulyasiyası, plenar iclaslar, panel görüşlər və təlimlər təşkil olunacaqdır.
Həmçinin, iştirakçılar üçün Şuşanın tarixi-memarlıq abidələri və füsunkar təbiəti ilə tanışlıq məqsədilə şəhər turu təşkil olunacaqdır.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə 25-26 oktyabr 2019-cu ildə Bakıda keçirilən Zirvə Görüşünün mühüm qərarlarından biri olan Gənclər Şəbəkəsi Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış vacib addımlardan biridir. 2021-ci ilin 4 oktyabr tarixində virtual formatda keçirilmiş təsis iclası ilə əsası qoyulan Şəbəkə 2022-ci ilin 29 iyul tarixində "Şuşa Akkordu" ilə Təşkilata çevrilmişdir. Təşkilat hal-hazırda QH üzv ölkələrində gənclərin şəxsi inkişafı və mədəniyyətlərarası dialoqa təkan verən bir platforma olaraq geniş spektrli fəaliyyətlər icra etməkdədir.

Sosial       Tarix: 26 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


azerbaycan xeberleri yeni xeberler son xeberler novruz bayramı cəbhədən görüntülər bu gune olan xeberler son xeber az