Qoşulmama Hərəkatının Azərbaycana olan inamının səbəbi nədir? - Daha bir il sədrlik edəcəyik

Qoşulmama Hərəkatının Azərbaycana olan inamının səbəbi nədir? - Daha bir il sədrlik edəcəyikTərkibində 120 dövləti birləşdirən, 17 beynəlxalq qurumun müşahidəçi statusunda çıxış etdiyi Qoşulmama Hərəkatı dünyanın ən böyük beynəlxalq təşkilatlarından biridir. Bildiyimiz kimi, 2022-ci ildə Azərbaycanın Qoşulmama Hərəkatına sədr qismində səlahiyyət müddəti bitir. Ancaq Azərbaycanın Qoşulmama Hərəkatına daha bir il – yəni 2023-cü ilə qədər bu təşkilata rəhbərlik etməsi ilə bağlı müraciətlər ünvanlanıb. Azərbaycan da bu müraciətə müsbət cavab verib. Şübhəsiz ki, bu, Azərbaycana olan böyük etimad, inamın göstəricisidir və Azərbaycan 1 il də əlavə olaraq Qoşulmama Hərəkatında sədr missiyasısını layiqincə yerinə yetirəcək.
Nəzərə almaq lazımdır ki, Azərbaycana olunan müraciət qlobal qərardır və bunu böyük iqtisadi-siyasi əhəmiyyəti vardır.
Əsas sual isə budur:
Beynəlxalq təşkilatın Azərbaycana olan etimadının səbəbi nədir? Azərbaycan 3 illik sədrlik müddətində hansı işləri görüb ki, ölkəmizin yenidən sədrlik missiyası qlobal qərar kimi gündəmə gətirilib.
Birincisi, Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrlik müddəti bütün dünya üçün ağır bir dövrə təsadüf etdi. Artıq xeyli müddətdir ki, bütün dünya koronavirus pandemiyasının ağır fəsadları, təlatümlü nəticələri və vurduğu böyük zərərlə üz-üzə dayanıb. Virusla mübarizə Azərbaycan üçün də prirotet məsələ idi, bu gün də belədir. Azərbaycan bir neçə cəbhədə döyüşməli, bəşəriyyətə daha geniş miqyaslı töhfələr verməli idi: həm virusla bağlı ölkədaxili tədbirlər planı həyata keçirməli, həm də Qoşulmama Hərəkatının sədri kimi bütün dünya üçün əsas istinad nöqtələrindən birinə çevrilməli idi. Bu baxımdan Prezident İlham Əliyevin COVİD-19 ilə mübarizə sahəsində irəli sürdüyü təşəbbüslər qlobal əhəmiyyəti ilə seçilirdi. Məsələn, BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyasının keçirilməsi, BMT İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölgüsünə dair qətnamənin qəbul edilməsi və s. Şəksiz, bütün bu addımlar qlobal aləmdə xüsusi hörmət və ehtiramla qarşılandı. Bu da öz növbəsində Azərbaycanın Qoşulmama Hərəkatına növbəti 1 il müddətinə də sədrlik etməsini qaçılmaz edən əsas səbəblərdən biri idi.  Ağır və məsuliyyətli missiya idi. Azərbaycan təkcə ölkədaxili mühüm qərarlarla öz əhəmiyyətli təcrübəsini mühüm nümunə kimi önə çəkmədi, həm də beynəxalq proseslərə bütün istiqamətlərdə öz dəstəyini, humanist mövqeyini ifadə etmiş oldu.
İkincisi, Azərbaycanın Qoşulmama Hərəkatına 3 illik sədrlik müddəti həm də ölkəmizin haqq savaşına - 44 günlük Vətən Müharibəsi dövrünə təsadüf etdi. Ölkəmizin beynəlxalq qanunlar çərçivəsində apardığı əks-hücum əməliyyatları - öz torpaqlarını işğaldan azadetmə tədbirləri bütün dünya üçün yeni inkişaf imkanlarının mövcudluğuna işıq saldı. Dünya işğalçı dövlətlərdən birinin - Ermənistanın məğlubiyyətini, Azərbaycanın isə şəksiz qələbəsini görmüş oldu. 30 ildir böyük dövlətlərin, beynəlxalq təşkilatların kiçik terrorçu dövləti zərərsizləşdirə bilməməsi region və dünya üçün mühüm iqtisadi-siyasi imkanların qapısını bağlamışdı. Azərbaycan regionda və dünyada terrorçu dövləti məğlub etməklə, bundan sonra da sülh və əmin-amanlığın, inkişafın yeni konturlarını hazırladı. Digər tərəfdən, müharibə dövründə Azərbaycanın nümayiş etdirdiyi hərbi arsenal, yüksək döyüş qabiliyyətli ordu potensialı dünyanın hərbi sənayesinin taleyində inqilabi rol oynadı. Artıq böyük dövlətlər də anladılar ki, ənənəvi, "klassik" üslubda hərbi resurslar qazanmaq bu sahədə son inkişaf meyarı deyil. Qoşulmama Hərəkatının Azərbaycana olan etimadının əsas səbəblərindən biri ölkəmizin regionda sülhün və əmin-amanlığın bərpası üçün atdığı bu addımlardır.
Üçüncüsü, Azərbaycan COVİD-19 ilə mübarizə məqsədilə bir sıra Qoşulmama Hərəkatı üzvlərinə maliyyə və humanitar yardımlar etdi. Müxtəlif ölkələrin COVİD-19-la mübarizə addımlarına əvəzolunmaz töhfələr verən Azərbaycanın Qoşulmama Hərəkatına növbəti 1 il müddətinə sədrlik etməsi bu dövlətlərin ölkəmizə olan dəstəyinin ifadəsidir.
Dördüncüsü, Azərbaycanın region və dünya üçün iqtisadi-siyasi əhəmiyyəti artmaqdadır. Ölkəmiz qarşıdakı illərdə qlobal əhəmiyyətli layihələrin əsas təşəbbüskarı kimi çıxış etmək hüququ əldə edib. Qarabağın dirçəldilməsi, regiondan yeni iqtisadi imkanların yaradılması və işğaldan azad ərazilərin bərpası Azərbaycanın bütün dünyada iqtisadi-siyasi əhəmiyyətli rolunu daha da artıracaq. Bundan başqa, Azərbaycanın Qoşulmama Hərəkatına daha 1 il sədrlik etməsi ilə bağlı müraciətlər həm də hələ qarşıda qarşıda bütün dünyanı məsuliyyətli sınaqların gozlədiyinin və ölklərin bu sınaqlardan Azərbaycanın qlobal əhəmiyyətli təşəbbüsləri, real addımları sayəsində üzüağ çıxa biləcəyinin göstəricisidir.
Samir Feyruzov 

Siyasi       Tarix: 17 iyul 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Putin Kasparovu öldürmək istəyir

Rusiya hakimiyyəti ABŞ-da Harri Kasparov və İlya Ponomaryovu öldürməyə hazırlaşıb. KONKRET.azxəbər verir ki, bu barədə İspaniyanın El Mundo qəzeti yazıb. Qəzetin məlumatına görə, Rusiya tərəfi ABŞ-da Free Russia Forum təşkilatını

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son görüntülər bu gunun xeberleri haqqinda melumat xeberler bugun 2026 valyuta mezennesi 2026