Qoxusuna görə sevmədiyiniz yaşıl soğan möcüzə imiş
Mətbəximizin ayrılmaz hissəsi olan göy soğan təkcə yeməklərə xüsusi dad qatmaqla kifayətlənmir, həm də sağlamlıq üçün əsl möcüzə mənbəyi sayılır. İmmuniteti gücləndirməkdən tutmuş, ürək-damar sağlamlığını qorumağa qədər bir çox faydası olan bu tərəvəz haqqında bəlkə də bilmədikləriniz var.
Bəs gündəlik qidalanmada göy soğana yer ayırmaq üçün hansı səbəblər var?
KONKRET.az yenisabah.az-a istinadən göy soğanın bilinməyən faydalarını təqdim edir:
Yaşıl soğan (göy soğan) yalnız yeməklərə xüsusi dad verməklə kifayətlənmir, eyni zamanda orqanizm üçün bir çox faydalara malikdir. Tərkibində C, A, K və B qrup vitaminləri, antioksidantlar, lif və müxtəlif minerallar olduğu üçün sağlamlığa müsbət təsir göstərir.
Yaşıl soğan C vitamini ilə zəngindir, bu da immun sisteminin möhkəmlənməsinə kömək edir. Xüsusilə soyuq havalarda qrip və digər virus infeksiyalarına qarşı qoruyucu rol oynayır. Lif tərkibi bağırsaq mikroflorasını tənzimləyir və qəbizliyin qarşısını alır. Eyni zamanda, yaşıl soğanın tərkibində olan xüsusi fermentlər mədə turşusunun balansını qoruyaraq həzmi asanlaşdırır. Soğanın bu növü qan damarlarını möhkəmləndirir və qan dövranını yaxşılaşdırır. Xolesterini aşağı salmağa kömək edərək ürək-damar xəstəliklərinin riskini azaldır. Tərkibindəki fitonsidlər bakteriya və viruslarla mübarizə aparır. Bu səbəbdən, yaşıl soğan təbii antibiotik kimi qəbul edilir. A vitamini tərkibli olduğu üçün göz sağlamlığını qoruyur, eyni zamanda dərinin parlaq və sağlam görünməsinə kömək edir. Yaşıl soğan K vitamini ilə zəngindir və bu, sümüklərin möhkəmlənməsinə kömək edir, osteoporozun qarşısını alır. Metabolizmi sürətləndirərək arıqlamağa kömək edir. Həmçinin, iştah açıcı təsiri var.
Bütün bu faydalarına görə yaşıl soğanı gündəlik qidalanmaya əlavə etmək sağlamlıq üçün olduqca faydalıdır.

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var