Qreq Vayner: "ABŞ-dakı erməni lobbisinin fəaliyyəti boşa çıxa bilər" - MÜSAHİBƏ

Qreq Vayner: "ABŞ-dakı erməni lobbisinin fəaliyyəti boşa çıxa bilər" - MÜSAHİBƏQreq Vayner: "ABŞ-dakı erməni lobbisinin fəaliyyəti boşa çıxa bilər" - MÜSAHİBƏ
ABŞ Konqresinin Nümayəndələr Palatasının Məhkəmə İşləri Komitəsinin konqresmenləri Stiv Şabot (respublikaçı) və Stiv Kohen (demokrat) tərəfindən komitənin gündəliyinə daxil edilən düzəlişlər Yerevanda gərginliyə səbəb olub.
"Sputnik Ermənistan" yazır ki, erməni politoloq Suren Sarkisyan 2020-ci ilin oktyabrında səsə qoyulacaq qətnaməni ABŞ tarixinin ən "anti-erməni qətnamə"si adlandırıb.
"Konqresin tarixində belə bir anti-erməni qətnamənin müzakirəsi misli görünməmiş haldır", - deyə, S.Sarkisyan bildirib.
Qətnamədəki düzəliş "Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın işğal olunmuş ərazilərindən qaçqın düşmüş insanların" hüquqlarına aiddir.
Eyni zamanda, Ermənistan mediası qeyd olunan dövlətlərin ərazilərinin işğal olunduğuna dair məsələni şübhə altına alır. Qətnamədəki tələbə görə, ABŞ Dövlət katibi Müdafiə katibi ilə birlikdə vaxtaşırı işğal olunmuş ərazilərdən qovulanların, habelə 1991-ci ildən bəri öldürülənlərin sayı barədə Konqresin müvafiq komitələrinə məruzə etməlidirlər.
S.Sarkisyanı xüsusilə narahat edən məsələ ondan ibarətdir ki, bu qətnaməyə edilən düzəliş ABŞ Senatında da qəbul edilərsə (nəzərə alsaq ki, Senatda əksəriyyət respublikaçılardır, qətnamənin qəbul olunma ehtimalı yüksəkdir), sənəd siyasi, həm də hüquqi baxımdan ciddi presedentə çevriləcək.
Gələcəkdə isə həm ABŞ-da, həm də beynəlxalq strukturların hüquqi aktlarında əsas kimi istifadə oluna bilər.
Bununla bağlı Media.Az amerikalı politoloq Qreq Vaynerlə həmsöhbət olub.
- ABŞ Konqresinin Nümayəndələr Palatasında Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın işğal olunmuş ərazilərindən olan qaçqınların hüquqları ilə bağlı düzəlişin Konqresə təqdim olunması Yerevanda əsəbi reaksiyalar doğurdu.
- Söhbət tövsiyə olunan düzəlişlərdən gedir. Düzəlişə komitədə baxılacaq, təsdiq olunacağı təqdirdə Konqresdə səsə qoyulacaq. Dərhal deməliyəm ki, ABŞ Konqresi qaçqınların məsələləri ilə məşğul olan ən fəal parlamentdir və mütəmadi olaraq kömək üçün vəsait ayırır.
Burada maraqlı bir fakt var. ABŞ-dakı erməni siyasi lobbisi böyükdür, lakin onların müqavimət göstərməyinə baxmayaraq, düzəliş ərsəyə gəldi və baxılması üçün komitəyə təqdim edildi.
- Ermənistan tərəfi təşviş işindədir, belə ki, qətnamə ABŞ Senatında qəbul edilsə, bu siyasi və hüquqi baxımdan presedent olacaq.
- Ermənistan düzəlişə azərbaycanlı qaçqınların hüquqlarının daxil edilməsindən narahatdır. Bu, rəsmi Yerevanı gərginləşdirir. ABŞ-dakı erməni lobbisinin üzün müddət davam edən fəaliyyətləri boşa çıxa bilər.
- Ermənistanda qətnaməyə edilən bu dəyişiklik Birləşmiş Ştatlar tarixinin ən anti-erməni düzəlişi kimi qəbul olunur. Baxmayaraq ki, düzəliş sənədində Gürcüstandan, Moldovadan, Ukraynadan olan qaçqınların da hüquqlarına toxunulur.
- Gəlin, vəziyyətə daha geniş nəzər salaq. 3 noyabr 2020-ci il tarixində ABŞ-da prezident seçkiləri keçiriləcək. Təbii ki, bu vəziyyətdə öz siyasi problemlərinin həllini və siyasi təzyiqləri həyata keçirmək üçün bütün vasitələrdən istifadə olunur. Bu vəziyyətdə yuxarıda qeyd olunan məsələ ABŞ-dakı erməni diasporunun "düzgün səs verməsi" üçün həyata keçirilir.
- Əgər mən düzgün başa düşürəmsə, Konqresdəki demokratların əksəriyyəti bu düzəlişin qəbul olunmasına qarşı çıxacaqlar, çünki ABŞ erməniləri ənənəvi olaraq onlara səs verir, respublikaçılar isə, əksinə, düzəlişdəki dəyişikliyi dəstəkləyəcəklər.
- Çox güman ki, belə də olacaq. /oxu.az

Siyasi       Tarix: 23 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Böyük Britaniyanın müdafiə naziri Azərbaycanda səfərdədir

Böyük Britaniyanın müdafiə naziri Vernon Koker ilk dəfə olaraq ADEX sərgisində iştirak edir. Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyi məlumat yayıb. Bildirilib ki, nazirlə birlikdə Britaniyanın 18 şirkəti d

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Azərbaycan və İordaniya arasında viza rejimi ləğv edilir

Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında viza rejimi ləğv edilir. KONKRET.azxəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökumət


azerbaycan xeberleri yeni xeberler son xeberler meherremlik 2026 xəbər az apa.az xeberler metbuat xeberleri