Qriqoryan: "Bizə qarşı güc ssenarisi işə düşə bilər. Avropa İttifaqının isə "B" planı yoxdur"

Qriqoryan: "Avropa İttifaqı (Aİ) rəhbərliyinin optimist bəyanatlarına baxmayaraq, reallıqda bu qurum ilin sonuna qədər Bakı ilə İrəvan arasında hər hansı sənədin imzalanmasını gözləmir".
KONKRET.azxəbər verir ki, bunu politoloq Tiqran Qriqoryan Brüsseldə Fridrix Ebert Fondunun Ermənistanın ekspert icması üçün təşkil etdiyi görüşlərlə bağlı təəssüratlarını bölüşərkən deyib.
"Aİ yaxşı bilir ki, əsas məsələlərdə tərəflərin razılığı olmadan razılaşma əldə etmək çətin olacaq. Və burada söhbət, xüsusən də Xankəndi-Bakı dialoqunun beynəlxalq səviyyədə görünən mexanizminin yaradılmasından gedir. Qeyd etməliyəm ki, Avropa rəsmiləri, xüsusən də məsələ ilə məşğul olanlar başa düşürlər ki, ciddi beynəlxalq müdaxilə olmadan Qarabağ ermənilərinin hüquqlarını və təhlükəsizliyini qorumaqdan söhbət gedə bilməz".
O vurğulayıb ki, Avropa rəsmilərinin bu beynəlxalq dialoq mexanizmlərinin nə olması barədə dəqiq təsəvvürləri yoxdur. "Görüşdüyümüz hər kəs bildirdi ki, Bakı çətin ki, münaqişənin həlli ilə bağlı digər ölkələrin hər hansı müdaxiləsini qəbul etsin. Çünki onların Azərbaycana təsir rıçaqları yoxdur", – deyə Qriqoryan bildirib.
Aİ bu barədə, eləcə də digər mühüm məsələlərlə bağlı qısa müddətdə razılığın əldə olunmasını mümkün hesab etmir və buna görə də sənədin ilin sonuna qədər imzalanacağını gözləmir.
Bununla yanaşı, münaqişənin güc yolu ilə həll ssenarisi işə düşərsə, Aİ-nin "B" planı buna qarşı yoxdur. Qriqoryan qeyd edib ki, Aİ rəsmiləri ilə görüşlərin birində Bakının genişmiqyaslı hərbi əməliyyat keçirəcəyi təqdirdə Aİ-nin reaksiyasının necə olacağı sualı verilib. "Sual verilən avropalı siyasətçi bir neçə dəqiqə duruxdu və suala cavab verə bilmədi. Yalnız görüşün sonuna yaxın vurğuladı ki, bölgədə hərbi əməliyyatlar başlarsa, Aİ-nin vasitəçilik missiyasının sonu gələcək".
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 09 iyun 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır

ABŞ Prezidenti Donald Tramp administrasiyası Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli üçün diplomatik səyləri intensivləşdirib. xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin köşə yazarı Devid İqnatiu

Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?

"Donald Trampın partiyasının aralıq seçkilərdə məğlub olması ABŞ-nin İrana qarşı siyasətində siyasi parçalanmanı dərinləşdirə və qərar qəbuletmə imkanlarını zəiflədə bilər. Bununla belə, bu, Vaşinqtonun İran siyasətind

Ərdoğan hökuməti toplayır - Azərbaycan səfəri

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Beştəpədə Nazirlər Kabinetinin toplantısı keçiriləcək. nocommentaz-a istinadən bildirir ki, hökumətin iclasında əsas müzakirə mövzularından birinin milyonlarl

Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan noyabrın 8-də Xankəndidə təltif edilmiş hərbi qulluqçularla görüşüblər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbərlər şou biznes xəbərləri meherremlik 2026 maraqlı xəbərlər