Qubad İbadoğlunu indi yadlarına salanlara zəruri xatırlatma – O vaxt harada idiniz?
2021-ci ildə azərbaycanlı alim Qubad İbadoğlu ABŞ-nin Rutgers Universitetindəki işindən uzaqlaşdırıldı. O zaman Qubad İbadoğlu bunun səbəbini ABŞ prezidenti Co Baydenin "erməni soyqırımı"nı tanımaq cəhdinə etiraz olaraq dövlət başçısının "Facebook" səhifəsinə yazdığı iki kəlməlik etirazla əlaqələndirdi.
Onun sözlərinə görə, bu demarş ABŞ-da yaşayan erməniləri qəzəbləndirmişdi. Elə Rutgers Universitetinin rəhbərliyi də çoxlu sayda erməniəsilli amerikalıların şikayətlərini nəzərə alaraq, 2018-ci ildən başlayaraq bu ali təhsil ocağında çalışan azərbaycanlı alimə qapını göstərməyə məcbur olduqlarını etiraf etmişdi.
O zaman nə ABŞ konqresmenləri və senatorları, nə də Azərbaycan müxalifəti səslərini çıxardılar.
Qubad İbadoğlu vətənə döndü. İkiaylıq işsizlikdən sonra Londonda yeni iş yeri tapdı və elmi fəaliyyətini Dumanlı Albionla bağladı.
İndi isə ABŞ-ın senatorları və professorları Qubad İbadoğlunun azad olunması çağırışı ilə müraciətlər imzalayırlar.
Soruşan yoxdur ki, siz azərbaycanlı professorun ABŞ-də işləmək hüququ kobudcasına tapdananda harada idiniz?!
Xatirə SADİQ,
KONKRET.az

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək