Qubada "Son zəng" şənliyi təşkil edənlər cərimələndi
Qubada "Son zəng" şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb olundular.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Open.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlərlə respublikada elan edilən xüsusi karantin qaydalarını pozaraq rayonun Qəçrəş kəndi ərazisində yerləşən istirahət mərkəzlərinin birində "Son zəng" şənliyi təşkil edən şəxslər məsuliyyətə cəlb ediliblər.
Şöbə əməkdaşları tərəfindən rejim qaydalarını kobud şəkildə pozaraq məclis təşkil edən həmin obyektin sahibi və məclisdə iştirak edən müəllim və valideynlər inzibati qaydada məsuliyyətə cəlb olunaraq cərimələniblər.
Həmçinin polis əməkdaşları tərəfindən həmin şəxslərlə və şagirdlərlə bir daha maarifləndirici söhbətlər aparılıb və onlara karantin qaydalarının tələbləri izah olunub.



"Azərbaycanı vurardıq" bəyanatına Bakıdan cavab: "İranda yaxşı bilirlər ki…"
Qrip kimi görünür, amma ölümcül ola bilər - XƏBƏRDARLIQ
Azercell və Samsung-dan yeni kampaniya
Pley-offa vəsiqəni rəsmiləşdirən komandaların sayı 28-ə çatdı
Leandro Andrade "Qarabağ"dan GETDİ
Türkiyə MN Azərbayan Silahlı Qüvvələrini təbrik etdi - Foto
Uqandada hərbçilər televiziya kanallarının yayımını dayandırdılar
DÇ-dən kənarlaşdılar, çarter reysləri ləğv olundu - Özləri qayıdacaqlar
UFC-də qalib gələn Fərman Həsənov tanınmış polis polkovnikinin oğludur
Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqal
Türk düşmənləri Trampa qarşı birləşdi: "Ərdoğanı silahlandırma..."
Babək rayonunda ağır qəza - Üç nəfər xəsarət alıb - FOTO
Əhvalım çox pisdir - Ofeliya Sənani
Köhnə dolları olanların diqqətinə: Banklar niyə imtina edir?