Quranın yandırılmasının arxasında hansı məqsəd dayanır?

Quranın yandırılmasının arxasında hansı məqsəd dayanır?Son günlər Qərb ölkələrində "Qurani-Kərim"in yandırılması hallarının şahidi oluruq. Avropada müsəlmanların müqəddəs kitabı "Qurani-Kərim"i yandırmaq artıq trend olub. Ötən ay İsveçə gedən iraqlı miqrantın Stokholmda məscidin qarşısında Quranı yandırması müsəlman dünyasının qəzəbinə səbəb olmuşdu. Rəsmi Stokholmun razılığı ilə həyata keçirilən Quranın yandırılmasına etiraz edənlər İsveçin Bağdaddakı səfirliyinə hücum ediblər. Quranın təhqir olunmasına görə İsveç səfirliyi yandırılıb. 
İsveçdə "Qurani-Kərim"in yandırılması ilə bağlı təxribatı bir çox dövlətlər kəskin şəkildə pisləyib. Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov son həftələr ərzində İsveç və Danimarkada geniş vüsət alan "Qurani-Kərim"in yandırılmasının tamamilə qəbuledilməz olduğunu söyləyib. O, bildirib ki, bu, müsəlmanların hissləri ilə oynamaqdır. 
Bəs, Avropada davamlı olaraq, Quranın yandırılmasının arxasında hansı məqsəd dayanır?
Mövzu ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov azxeber.com-a açıqlama verib.
Quranın yandırılmasının arxasında hansı məqsəd dayanır?Deputat təəssüflə qeyd edir ki, Qərbdə Quranın yandırılması ilk dəfə deyil baş verir:
"Bu hadisə artıq dəfələrlə təkrarlanır. Özü də bütün dünyanın gözü qarşısında. Tarixə nəzər yetirsək görərik ki, ən faciəvi müharibələr dini zəmində olub. Bu əməlləri törədənlər bilməlidirlər ki, dinlərarası ədavəti qızdırırlar. Belə davranışlar Avropada artan islamofobiyanın göstəricisidir. Bir sıra Avropa ölkələrində davamlı olaraq, "Qurani-Kərim"in yandırıldığının şahidi oluruq. Təəssüf ki, bu artıq ənənəvi hal alıb. Ancaq bununla bağlı heç bir addım atılmır. Əksər hallarda, belə hadisələrə reaksiyaların verilmədiyini görürük. Heç vaxt müsəlman ölkələrində hansısa dinin kitabının "İncil", Tövrat"ın  yandırıldığının şahidi olmamışıq. Bu günə qədər heç bir müsəlman ölkəsində qeyri-dinlərə, onların müqəddəs dəyərlərinə qarşı belə bir hal baş verməyib. Dinimiz bizə imkan verməyib ki, hansısa müqəddəs kitabı yandıraq. Lakın Qərb ölkələrində bu artan templə davam edir".
Ceyhun Məmmədovun fikrincə, "Qurani-Kərim"in yandırlaması ilə bağlı Birləşmiş Millətlər Təşkilatı səviyyəsində ciddi addımların atılmasına ehtiyac var:
"Müsəlmanların digər dinlərin müqəddəs kitablarını yandırmasını həmin dinlərin nümayəndələri necə qarşılayarlar? Bu məsələdə təəssüf doğuran məqam odur ki, Qərb rəsmiləri bunu insan hüquq və azadlıqları ilə əlaqələndirirlər. Halbuki, heç bir əlaqəsi yoxdur. Bu dinlərarası ədavətin qızışmasına, münasibətlərin gərginləşməsinə aparan bir addımdır. İslama qarşı bu cür yanaşmaların Qərbdə getdikcə çoxalması, radikal meyillərin daha da güclənməsinə yol aça bilər. Buna son qoyulmalıdır".
Mövzu ilə bağlı azxeber.com-a danışan ilahiyyatçı Tural İrfan hesab edir ki, Quranı yandırmaqla islam ölkələrini, müsəlmanları təxribata çəkirlər:
Quranın yandırılmasının arxasında hansı məqsəd dayanır?"Quranın yandırılması birmənalı şəkildə demokratiyaya, Şərq ölkələrinə, müsəlman aləminə qarşı təcavüzdür. Həm də bunu demokratik dəyərlərdən, tolerantlıqdan danışan, Şərq ölkələrinə tətbiq etməyi önə sürən Avropa ölkələri həyata keçirir. 
İlk növbədə bu proses islamofob bir ölkə kimi tanınan Fransada, Peyğəmbərin karikaturasını çəkməklə başladı. Bir neçə ilə əvvəl başladılan bu proses müsalmanların nəbzini yoxlamaq məqsədi daşıyırdı. Sonra bunu başqa Avropa ölkələrində tətbiq etdilər. İraq əsilli bir neçə şəxsin əli ilə, polisin nəzarətində həyata keçirdikləri bu prosesi onlardakı azadlıqla əsaslandırırlar. Şərqdə olan tolerantlıq, heç Qərbdə olmayıb. Avropa ölkələrində yerin kürə şəklində olduğunu dediyinə görə ,insanları tonqalda yandırırdılar. Demokratiya ilə əlaqələndirdikləri bu işin arxasında dərin siyasət yatır. Bu Qərbin daxilində yatan səlibçilik təfəkkürünün məhsuludur. Orta əsrlərdə baş verən səlib yürüşlərini Qərb indi ideoloji cəhətdən həyata keçirmək istəyir. Səlibçilik məfkurəsini hələ də yaşadırlar".
İlahiyyatçının fikrincə, Avropa ölkələri səlib yürüşlərini aktiv fona çevirmək istəyirlər:
"Çalışırlar ki, müsəlmanlar da "İncil"i yandırsın, radikal hərəkətlər həyata keçirsin. Hesab edirəm ki, bu sülhə, dinlərarası  münasibətlərə xələl gətirir. Belə davranışlarla müsəlman aləmini qıcıqlandırmaq, təxribata sürükləməyə çalışırlar. Əksinə bununla insanların Qərbə olan inamı, etimadı itir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) üzvü dövlətləri bu məsələ ilə bağlı toplanmalıdır. Müsəlman dövlətləri ciddi reaksiya verməlidirlər. Bu məsələnin qarşısı qəti şəkildə alınmalıdır. Çünki böyük təxribatdır. Ciddi qarşıdurmalara səbəb ola bilər. Müsəlman dövlətlərinin və xalqlarının heysiyyətinə, həssas nöqtəsinə toxunan bu addım İslam aləmini  təhqir etməkdir. Quranın yandırıldığı və bu addımın razılıqla qarşılandığı ölkələrlə müsəlman ölkələri əlaqələrinə bir daha baxmalıdırlar. Həmin dövlətlərə təzyiqlər edilməli, səfirlərə xəbərdarlıq edilib, nota təqdim edilməlidir. Diplomatiya, siyasət yolu ilə müsəlman ölkələrinə olan nifrəti, qəzəbi ifadə edə bilərlər. Ancaq vandalizm yolu ilə kitabı yandıra bilməzlər". 
Şəbnəm Zahir
Yazı Medianın İnkişafı Agentliyinin "dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda dərc edilib.
Quranın yandırılmasının arxasında hansı məqsəd dayanır?

Sosial       Tarix: 04 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxeber az xabarlar maraqlı xəbərlər xeberler bu gun