Qurban Qurbanov narazı qaldı: "Bəli, getməliyəm"

Qurban Qurbanov narazı qaldı: "Qarabağ" Azərbaycan Premyer Liqasının 10-cu turunda səfərdə "Turan Tovuz"la 2:2 hesablı heç-heçə edib.
KONKRET.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov sualları cavablandırıb:
– "Turan Tovuz"u təbrik edirəm. Öz oyunumuzdan razı qalmadım. Komanda ritmi itirmişdi. Bunu hiss etdim. Hər bir halda xallarımızın üzərinə 1 xal gəldi. İtkilərimiz də var idi. Milli fasilə ərəfəsində yorğunluq çox idi. Marko Yankoviç millidə zaədələnib. 1-2 həftə bizimlə olmayacaq.
– Qələbə üçün nə çatmadı?
– 2 qol vurduq, bəs etmədi. 3-cü qolu vurmaq lazım idi. Son vaxtlar çempionatda nadir hallarda 2 top buraxırıq. "Turan Tovuz" standart vəziyyətlərdə təhlükəlidir. Hər iki komanda layiq olduğunu qazandı.
– Əsas oyunçuların bəzilərini 90 dəqiqə meydanda saxladınız. Bu, "Bayer"lə oyundan öncə riskli deyildi?
– Risklər olacaq. Zatən bunu çox etmişik. Biz qarşıdakı oyunu fikirləşə bilmərik. Belə hallar olur. Çalışacağıq ki, futbolçular yaxşı bərpa olsunlar.
– Fasilədən sonra gözlənilməz qol buraxdınız. Bu, sizin planlarınızı pozdu?
– Həmin qolda diqqətsizlik oldu. "Turan Tovuz"un belə hücumları çoxdur. Plan dedikdə daha çox Patrik Andradedən narahat idim. Onu heç meydana buraxmadım. Bəli, nəticə bəzi planları etməyə imkan vermədi.
– Matias Silvaya narazılığınızı bildirirdiniz. Onun əvəzlənməsi oyunu ilə bağlı idi?
– Oyundan narazı deyildim. Sadəcə bir-iki epizod var idi ki, diqqətli olmalı idi. Əvəzetmə limitlə bağlı idi.
– "Bayer"lə oyun haqda fikirləriniz necədir?
– "Bayer" əlbəttə ki, ciddi rəqibdir. Tək çıxış etdiyi çempionata görə yox, həm də oyununa görə. İstərdim ki, bütün futbolçular hazır olsun. Heyət optimal deyil. Çalışacağam ki, bəzi şeylər haqda daha çox düşünüm.
– Rahil Məmmədovun oynamamasının səbəbi nə idi?
– Risk var idi. Millidə iki oyunda 90 dəqiqə oynayıb. Maksim və Kevinin də ritmə düşməyinə ehtiyac var.
– Sabah Budapeştə səfəriniza gözlənilir, mükafat alacaqsız. Bu, sizin üçün gözlənilməz oldu?
– Bəli, getməliyəm. Əvvəldən bildirilmişdi ki, belə bir tədbir olacaq. Oyun gününə düşsəydi, getməyəcəkdim. Qayıdandan sonra daha çox fikir bildirə biləcəm.

İdman       Tarix: 21 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Şamaxı" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı

Misli Premyer Liqasında VII tur bu gün keçiriləcək iki qarşılaşma ilə davam edəcək. xəbər verir ki, ikinci oyun günündə əvvəlcə Zirə İdman Kompleksinin stadionunda saat 17:00-da "Zirə" və "Şamaxı" komandalar

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

"Sabah" "Borussiya"ya qarşı: Start heyətlər açıqlandı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda qarşılaşacaq "Sabah" və "Borussiya" (Dortmund, Almaniya) komandalarının start heyətləri açıqlanıb. -ın məlumatına görə, komandalar meydana aşağıdak

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Qalatasaray" Fransadan qalib qayıdır

Bu gün UEFA Çempionlar Liqasında II tura yekun vurulur. xəbər verir ki, sonuncu oyun günündə 9 qarşılaşma baş tutur. Türkiyə təmsilçisi "Qalatasaray" səfərdə "Lill"lə qarşılaşıb. Oyun İstanbul klubunu

Etiraz aksiyalarına görə bu oyunun vaxtı dəyişdirildi

Fransa Liqa 1-də keçirilməsi planlaşdırılan "Tuluza" – "Trua" oyununun vaxtı dəyişdirilib. KONKRET.azxəbər verir ki, buna ölkədə keçirilən etiraz aksiyaları səbəb olub. Daha əvvəl oktyabrın 24-də keçirilməs

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən son məlumatlar bugünki xəbərlər cəbhədən son xeber sou xeberler