Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevə təbrik məktubu ünvanladı
Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Bu gün Azərbaycan zamanla ayaqlaşan, iqtisadi və sosial həyatda sürətli artım nümayiş etdirən ölkədir. Bu isə, öz növbəsində, əsas etibarilə uzun illər ərzində xalq tərəfindən geniş şəkildə dəstəklənən və rəğbətlə qarşılanan uzaqgörən dövlət siyasətinizin nəticəsidir. Bunu keçirilmiş prezident seçkilərinin nəticələri də sübut edir.
Biz Sizin Türkmənistana səmimi dostluq münasibətinizi yüksək qiymətləndiririk. Qəti əminəm ki, Türkmənistan-Azərbaycan əməkdaşlığı iki ölkə xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti vəzifədə bütün məqsədlərə nail olmağı, qardaş Azərbaycan xalqına isə sülh, tərəqqi və davamlı rifah arzu edirəm". / azxeber.com
Xidmetler [newsid: 0-123300]

Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
Neft həftəni bu qiymətlə başladı
Üzüm, şərab və musiqi - Şamaxıda festival belə başa çatdı - Fotolar
Zaur Kamalın səhhətində problem yarandı
Zaurla xəstəxanaya yerləşdirildi - Vəziyyəti necədir?
Afra Saraçoğlunun adı narkotik istintaqında – Aktrisa danışdı
Pakistan XİN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
İsrail Səfirliyi Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi
"Şamaxı" "Araz-Naxçıvan"a qalib gəldi
"Yuventus"un qapıçısı zədələndi
"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab
"Bakıkart"dan Qarabağ Universitetinin yüksək nəticə göstərən tələbələrinə 100 gedişlik nəqliyyat dəstəyi
DİQQƏT: Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz
Madrid debisində "Atletiko" "Real"a qalib gəlib