Qürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var' - Ruhi Əliyeva

Qürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var' - Ruhi ƏliyevaDaim şəhid və qazi ailələrini diqqətdə saxlayan iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva bu dəfə Ramazan Bayramını qazilərlə birgə keçirib.
News24.az-ın məlumatına görə, bayram tədbirində 80-ə yaxın qazi ilə yanaşı Vətən Müharibəsi qəhrəmanı, XTQ-nin baş leytenantı şəhid Adil İbrahimlinin atası Asəm İbrahimli də iştirak edib.
Xalq artistləri Könül Xasıyeva, Fidan Hacıyeva, Əməkdar artist Anar Şuşalı, müğənni Elnur Məmmədov, Ayaz Qasımov və qiraətçi Xəzər Süleymanlı bayramı qazilərlə keçirmək üçün tədbirə gəlib.
Azərbaycanın himni ilə açılan tədbirdə öncə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anılıb. 
Daha sonra iş xanımı Ruhi Əliyeva söz alıb: "Mənim əziz qardaşlarım, Vətən fədailərim. Canı-qanı ilə bu torpağı qoruyan cəsur, igid həmvətənlərim. Özündə rəhmət, bərəkət, sevgi, barış, paylaşmaq kimi neçə-neçə hikmətləri birləşdirən bu müqəddəs ayın bu özəl günündə sizlərlə görüşmək mənim üçün ikiqat bayramdır. Çünki mənə görə Vətənə sevgi, torpağa, yurda bağlılıq çox böyük iman, qutsal görəvdir. Sizlər həm Allah, həm Vətən qarşısında öz borcunu hər kəsdən daha yüksək, daha candan ödəmiş insanlarsız.
Bu gün sizin sayənizdə biz bayramlar qeyd edirik. Məhz sizin sayənizdə firavan, rahat həyatımızı yaşaya bilirik. Bu bəxtəvərliyi, bu məsud yaşamı siz və bu torpaq üçün canından keçib şəhadətə yüksələn oğullarımız və Ali baş komandanımız İlham Əliyev bəxş eləyib. Bu xalq, bu millət, bütöv Azərbaycan bu gün sizin bu fövqəl ənəllərinizin qarşısında baş əyir, sizə dərin məmnunluğunu, etiramını bildirir. Mən bir azərbaycanlı ana, xanım kimi hər zaman sizlərlə fəxr edirəm. Qürur duyuram ki, oğullarımın sizin kim əmiləri, dayıları var".
Bizə bu böyük Zəfəri yaşadan, qələbə sevincini daddıran hər bir qardaşımıza, əsgərimizə, zabitimizə, hərbçimizə, Vətən oğullarımıza dərin minnətdarıq. Sizlərə eşq olsun! Bayramlar da, sevinmək də hər kəsdən çox sizin haqqınızdır".
Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova təşkilatçılığa görə iş xanımı Ruhi Əliyevaya öz təşəkkürünü bildirib: "Ruhi Əliyeva hər zaman şəhid və qazi ailələrinin yanında olub. Xüsusi təşəkkürümü bildirirəm. Şəhid və qazi ailələrinə dəstək olan insanın adı hər zaman ürəyimin başındadır.  Hər bir kəs bu əməllərdən nümunə götürməlidir. O, doğrudan da əsl azərbaycanlı xanımıdır. Çox sağ olun ki, məni igid qardaşlarımla birgə Ramazan süfrəsinə dəvət etmisiniz".
Qazilər də tədbirdə fikirlərini bölüşüb. Onlar R.Əliyevaya təşəkkür edərək səngər dostlarını gördükləri üçün şad olduqlarını bildiriblər: "Hər nə olursa olsun, ilk və son sözümüz Vətən sağ olsun!"
Sonra söz verilən şəhid atası Asəm İbrahimli göz yaşları ilə çıxış edərək hər kəsi kövrəldib: "Mən bir yox, üç min balamı itirdim. Bu gün Adil həyatda olmasa da, sizin kimi qardaşları olduğu üçün şadam. Ruhi xanıma da çox təşəkkür edirəm ki, məni bu igid oğullarımla görüşdürdü". 
Şəhid atasının sözlərindən təsirlənən xanəndə Xalq artisti Könül Xasıyeva qazilərin xahişi ilə şəhidlərimizdən birinin sağlığında dilədiyi arzunu reallaşdırıb. O, "Xatırlayarsan məni" mahnısını canlı ifa edib.
Ardınca qazi Ziya Səlimov şəhidlərin xatirəsini anıb, "Xudayar təsnifi"ni ifa edib.
Tədbirin sonunda qazilər və tədbir iştirakçıları Xalq artisti Fidan Hacıyeva ilə birgə "Azərbaycan" mahnısını oxudular.

Qürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var' - Ruhi ƏliyevaQürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var' - Ruhi ƏliyevaQürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var' - Ruhi ƏliyevaQürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var' - Ruhi ƏliyevaQürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var' - Ruhi ƏliyevaQürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var' - Ruhi ƏliyevaQürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var' - Ruhi ƏliyevaQürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var' - Ruhi ƏliyevaQürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var' - Ruhi ƏliyevaQürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var' - Ruhi ƏliyevaQürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var' - Ruhi ƏliyevaQürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var' - Ruhi ƏliyevaQürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var' - Ruhi ƏliyevaQürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var' - Ruhi ƏliyevaQürur duyuram ki, oğullarımın sizin kimi cəsur dayıları, əmiləri var' - Ruhi Əliyeva

Sosial       Tarix: 07 may 2022
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son xeber son xeberler 2026 axsam.az xeberler enson xeberler