Qusarda Diananı öldürən kənd mollası imiş - Dəhşətli qətlin təfərrüatı

Qusarda Diananı öldürən kənd mollası imiş - Dəhşətli qətlin təfərrüatıQusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb.
KONKRET.azxitab24-ə istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxə hökm oxunub.
Cinayət  Məcəlləsinin 120.2.4 və 177.1-ci maddələri ilə təqsirləndirilən A.Təyibov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına görə, Asif keçmiş arvadı ilə barışıb yenidən bir yerdə yaşamaq üçün aralarındakı məsələləri dəqiqləşdirmək məqsədilə görüşmək barədə razılığa gəliblər. Asif isə Diana ilə görüşə cinayət niyyətini həyata keçirmək üçün hazırlıqlı gedib.
O, fəhlə kimi işlədiyi kənd məktəbindən özü ilə qayçı, evindən yapışqan lent və ip götürüb. Asif  düşüncəsi bu olub ki, Diana onunla barışmasa, qadını öldürsün.
Kənddə yerləşən fərdi evlərin birincə görüşən tərəflər arasında mübahisə yaşanıb. Bu zaman Asif Dianını yumruq zərbəsi ilə yerə sərib. Ardınca qadının əl-qolunu, ağzını və gözünü bağlayan keçmiş ər, qayçı ilə onun boğazına bir neçə zərbə endirib. Diana Təyibova hadisə nəticəsində həyatını itirib. Bundan sonra Asif, cinayət izlərini itirmək məqsədilə qadının çantasına baxış keçirib, ona məxsus pulları və qızıl-zinyət əşyalarını, mobil telefonu mənimsəyib.
Asif daha sonra həmin qiymətli əşyaları işlədiyi məktəbin ayaqyoluna atıb. Həmin gün Dianadan xəbər çıxmadığı üçün ailə üzvləri onun itkin düşməsi ilə bağlı polisə xəbər verib. Polisin ilk işi isə Asifi dindirmək olub. O, dindirilən zaman əməlini etiraf edib.
Qeyd edək ki, cütlüyün rəsmi münasibətindən üç övladı dünyaya gəlib. Asif Təyibov eyni zamanda, kənddə uzun illərdir qeyri-rəsmi formada molla kimi fəaliyyət göstərib.

Hadisə       Tarix: 03 noyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

43 yaşlı qadın boğularaq öldürüldü: qohumu saxlanıldı

Siyəzən rayonunda 43 yaşlı qadın boğularaq öldürülüb. KONKRET.azxəbər verir ki, Siyəzən rayonunun Böyük Həmyə kənd sakini, 45 yaşlı Naqil Səmədağa oğlu Ağamalıyev qohumu, 43 yaşlı Xəyalə Muradağa qızı Ağamalıyevanı Siyəzə

Azərbaycanda idarə əməkdaşları oğurluğa görə həbs edildilər

Abşeron Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat-İstismarı Təmiri Birliyinin Abadlıq və Kommunal Xidmətləri idarəsinin üç əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. KONKRET.azxəbər verir ki, 1983, 198

İki ay faiz ödədi, üçüncü ay qətl törətdi - Siyəzəndə baş verən qətlin detalları

Siyəzən rayonunda sələmə pul verən qadın qətlə yetirilib. oxuaz-a istinadən xəbər verir ki, hadisə dünən səhər saatlarında rayonun Böyük Həmyə kəndində baş verib. Kənd sakini, 1983-cü il təvəllüdlü Xəyalə Muradağa qızı Ağamalıyev

Floridada təyyarə qəzası: milyonçu və ailəsi həlak oldu

Amerikanın Florida ştatında şəxsi təyyarənin qəzaya uğraması nəticəsində doqquz nəfər, o cümlədən texnologiya sahibkarı Adam Robinson, onun həyat yoldaşı və iki azyaşlı uşağı həlak olub. KONKRET.azreport-a istinadla xəbə

Bakıda ağır qəza: ölən var

Bakıda minik avtomobili yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb. xəbər verir ki, hadisə Sabunçu qəsəbəsi ərazisində qeydə alınıb. Bahəddin Əfqan oğlu Nəcəfzadə idarə etdiyi "Lada Granta" markal

Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı

Ağdaşda meyit tapılıb. KONKRET. -a istinadla xəbər verir ki, 40 yaşlı Rəşad Abidovun üzərində güllə yarası olan meyiti yaşadığı evin həyətində aşkar edilib. Faktla bağlı Ağdaş rayon Prokurorluğu tərəfindən araşdırma aparılı

Xocalıda icazəsiz at sürənlər cərimələndi

Xocalıda kəndlinin atlarını icazəsiz sürənlər saxlanılıb. -a istinadla xəbər verir ki, hadisə Daşbulaq kəndində qeydə alınıb. Kəlbəcər sakini olan 41, 46 və 51 yaşlı şəxslər sərxoş halda örüş yerində atların otladığını görüblər

Ceyranbatanda 10 şagird zəhərləndi

Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbin 10 şagirdi zəhərlənib. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, şagirdlərin "popkorn"dan zəhərləndiyi ehtimal olunur. Hazırda məktəb ərazisinə təcili yardım briqadas

Mətbuat Şurasının sədrindən jurnalistə qarşı zorakılığa REAKSİYA

Azərbaycan Mətbuat Şurasının sədri Vüqar Zifəroğlu APA TV-nin müxbiri Sənan Bəhrəmliyə qarşı törədilmiş zorakılıqla bağlı açıqlama yayıb. KONKRET.azhəmin açıqlamanı təqdim edir:. "APA TV-nin müxbiri Sənan Bəhrəmlini


azerbaycan xeberleri son xeberler yeni xeberler maşın realiti şou oxu.az xeberler cəbhədən son xəbərlər 2026 xeber.az bu gun