Radikal müxalifət erkən seçkilərdən niyə qorxur?

Radikal müxalifət erkən seçkilərdən niyə qorxur?"Prezident cınab İlham Əliyev 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkilərinin keçirilməsi haqda sərəncamına ilk etirazın AXCP sədri Əli Kərimli tərəfindən gəlməsi heç kəsdə şübhə doğurmadı. Sosial bazadan, komandadan məhrum olan, "bir sədr, bir papkadan" ibarət AXCP guya vaxtında keçiriləcək prezident seçkilərində iştiraka hazırdır? Bu gün radikal müxalifət hətta bələdiyyə seçkilərində iştirak etmək gücündə deyil. "Bu hakimiyyət Qarabağı alsa, qulağımı kəsərəm" düşüncəsində olan radikallar sosial dayaqlarını çoxdan itiriblər. İndi onlar strateji hədəflər uğurunda deyil, merkantil maraqlar üçün çabalar göstəririlər".
Bunu azxeber.com-a açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, 7 fevral 2024-cü ildə prezident seçkilərinin keçirilməsi barədə qərar radikal müxalifət, xüsusilə də, Milli Şura və onun əsas qüvvəsi olan AXCP-nin kefinə soğan doğradı: "İllərdir ki, radikal müxalifət qüvvələrini bəsləyən, onlara donorluq edən beynəlxalq təşkilatlar, xarici ölkələr tələb edirlər ki, seçki prosesində iştirak edib öz güclərini ortaya qoysunlar. Özlərini xarici qüvvələrə ölkənin ana müxalifəti, ən geniş sosial bazası olan siyasi partiya kimi təqdim edənlər çıxılmaz vəziyyətdə qalıblar. Radikallar bütün söyüşcül tərəfdarlarını sosial şəbəkələrdə aktivləşdiriblər ki, ölkədə siyasi gərginlik yaratsınlar. Dövlət xadimləri, polislər bəlli kəsimlər tərəfindən təhqir olunur, onlara qarşı gözdənsalma kampaniyası aparılır. Seçki prosesində bu kampaniyanın daha da güclənəcəyi gözlənilir. AXCP və Milli Şura adlanan dərnəklərin seçkilərlə bağlı düşüncələri sağlam məntiqə söykənmir. Siyasi Partiyalar Haqqında qanuna əsasən siyasi partiyalar seçki prosesində iştirak etməlidirlər. Milli Şurada olan partiyalar heç bir seçkidə iştirak etmirlər. Əsas işləri seçki prosesinə kobud müdaxilələr etmək, mühacir alverilə məşğul olmaqdır. Əslində onlar insan alveri ilə məşğul olurlar. 5 min üzvlük siyahını hazırlayıb Ədliyyə Nazirliyinə təqdim etməyi bacarmayan siyasi partiyalar, əsasən də, AXCP 7 fevral 2024-cü ildə keçiriləcək seçkilərə qatılmamaq üçün bəhanələr axtarışındadırlar. Qeyd edirlər ki, qərar qəfil verilib, onlar seçkiyə hazır deyirlər və s. Əslində bunlar bəhanədir. Hər bir siyasi partiya seçki bitəndən dərhal sonra növbəti seçkilərə hazırlaşmalıdır. Prezident seçkilərilə bağlı verilən qərar bütün siyasi partiyaların təmsilçilərinin ürəyincə olmalı və seçkiyə hazırlaşmalıdırlar.
R.Alıyev bildirdi ki, Milli Şura adlı dərnəyin tərəfdarları yoxdur: "Bilirlər ki, xalq onlara səs verməyəcək. Ona görə də təxribatla məşğul olurlar. Fəaliyyətlərini əsasən sosial şəbəkə üzərində quran AXCP kimi partiyalar başqa heç bir siyasi prosesdə fəallıq göstərmirlər. Onlar donorlarına hesabatlar verməklə məşğuldurlar. Əli Kərimli və tərəfdarları sosial şəbəkələrdə bar-bar bağırırlar ki, erkən seçki qərarı onları qəfil yataqda yaxaladı. Radikal müxalifət sadəcə olaraq seçkilərdə iştirak etmək istəmir. Yaxşı başa düşürlər ki, xalqımız ona qalibiyyəti bəxş edən liderini unuda bilməz. Ona görə də indidən qarayaxma kampaniyasına başlayıblar. Bir sözlə, heç bir sosial bazası və tərəfdarı olmayan siyasi partiyaların çətin günləri başlayır".

Siyasi       Tarix: 10 dekabr 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Ərdoğanın Azərbaycana səfər proqramı bəlli olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Azərbaycana səfər edəcək. xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbək

İlham Əliyev Şuşada açılışda iştirak etdi - FOTO 

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak edib. xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına yaradılmış şərait barədə məluma

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeberler ən son xəbərlər maliyye xeberler bugun bugünki xəbərlər