Radiotezliklərdən istifadə tarifləri yeni qaydada müəyyənləşəcək

Radiotezliklərdən istifadə tarifləri yeni qaydada müəyyənləşəcəkRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) radiotezliklərdən istifadə tariflərini yeni yanaşma və metodika əsasında müəyyən edəcək.
KONKRET.azxəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
26 avqust 2022-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 1834 nömrəli Fərmanı ilə "Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2005-ci il tarixli, 277 nömrəli Fərmanında dəyişiklik edilib. Yeni Fərmana əsasən, radiotezliklərdən istifadə tariflərinin müəyyən edilməsi səlahiyyəti İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə verilib.
İndiyədək radiotezliklərdən istifadə üzrə ödənişlər Tarif (qiymət) Şurasının 23 iyul 2004-cü il tarixli iclasının 09 saylı protokolu ilə təsdiq edilmiş tariflər əsasında həyata keçirilirdi. Həmin tariflərdə radiotezlik spektrinin əhəmiyyətliliyi, tezlik sayı, istifadə olunan zolağın həcmi, coğrafi ərazi və digər amillərin nəzərə alınmaması radiotezliklərdən istifadənin iqtisadi alətlər vasitəsilə tənzimlənməsində və radiotezliklərdən səmərəli istifadədə bir sıra çətinliklər yaradırdı. Həmçinin tariflərin qəbulundan ötən 18 il müddətində sürətlə inkişaf edən texnoloji trendlərin nəzərə alınmaması da özlüyündə radiotezlik tariflərinin tətbiqində ciddi problemlərə və məhkəmə çəkişmələrinə yol açırdı.
Azərbaycan Prezidentinin sözügedən Fərmanının icrasının təmin edilməsi, radiotezliklərlə bağlı mövcud tariflərin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə "Azərbaycanda radiotezlik spektrindən istifadəyə görə birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanması Metodikası" hazırlanıb, müvafiq qurumlarla razılaşdırılaraq RİNN-in Kollegiyasının 19 sentyabr 2022-ci il tarixli, k-10/22 nömrəli qərarı ilə təsdiq edilib və Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyata alınıb.
Nazirlikdən bildirilib ki, metodika radiotezliklərdən istifadəyə görə ödənişlərin hesablanması ilə bağlı Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) tövsiyələri, eləcə də bir sıra ölkələrin təcrübələri əsasında hazırlanıb.
Yeni Tarif Metodikası ayrılmış radiotezlik zolaqlarına köklənmiş radioelektron vasitələrin istifadə olunduğu texnologiyanı, radiotezlik zolaqlarının əhəmiyyətlilik dərəcəsini, radiotezlik nominalının sayını və zolağının genişliyini, ayrılmış radiotezliyin istifadə olunduğu coğrafi ərazini nəzərə almaqla, habelə radiorabitənin əhatə zonasını səciyyələndirən kəmiyyət və əmsallara, o cümlədən sabit dəyər əmsalına əsasən birdəfəlik və müddətli (aylıq və ya illik) ödənişlərin hesablanmasını nəzərdə tutur.
"Mövcud tariflərdə radiotezlik zolağının həcmi (genişliyi) deyil, həmin tezlikdə istifadə olunan radioelektron vasitələrin (REV) sayı əsas götürülürdü. Buna görə də bəzi hallarda istifadəçilər quraşdırılmış REV-lərin sayını gizlətməklə az ödəniş etməkdə, REV-ləri icazəsiz istifadə etməklə ödənişdən yayınmaqda maraqlı olurdular. Yeni Metodikada isə radiotezlik zolağının həcmi (genişliyi) əsas götürülür və bununla da qeyd olunan problem öz həllini tapmış olur. Tezlik istifadəçilərinin ödəyəcəkləri tezlik haqlarını öncədən şəffaf formada hesablaya bilmələri üçün tarif kalkulyatoru da hazırlanıb.
Yeni Metodikada coğrafi zona əmsalı da tətbiq olunur ki, bu da regionlarda simsiz radio xidmətlərin inkişafına və texnologiyanın tətbiqi üzrə rəqəmsal uçurumun aradan qaldırılmasına təkan verəcək. Belə ki, istifadəçilər Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ilə müqayisədə bölgələrdə 25%, işğaldan azad olunmuş ərazilərdə isə 2,6 dəfə aşağı tariflə radiotezliklərdən faydalana biləcəklər.
Ölkə Prezidentinin Fərmanına əsasən RİNN-in radiotezliklərdən istifadə üzrə Yeni Tarif Metodikası bu sahədə yeni texnologiyaların tətbiqini təşviq edir, radiotezliklərdən effektiv istifadəni stimullaşdırmağı, xidmət səviyyəsinin yüksəldilməsini, radiotezliklərə olan tələbatın ədalətlilik və müştəri məmnunluğu prinsiplərinə uyğun tənzimlənməsini nəzərdə tutur", – məlumatda deyilir.

Siyasi       Tarix: 28 sentyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov İƏT toplantısında çıxış edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Koordinasiya Toplantısında çıxış edib. xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib. Nazir İƏT-in yeni Baş katib

"Bunları etməsəydik, bəzi ölkələr kimi qapı-qapı gəzib gərək kiməsə ağız açaydıq

"Bir daha demək istəyirəm, bu 20 il ərzində görülmüş işlər imkan verdi ki, biz əsas infrastruktur layihələrimizi icra etdik. O vaxt xaricdən həm təbii qaz, həm də elektrik enerjisi alırdıq". xəbər verir ki, bu sözlər

Sentyabr ayında mediada ən aktiv deputatlar kimlər olub? - SİYAHI

Sentyabr ayı üzrə təhlillərə əsasən mediada ən aktiv olan deputatlar açıqlanıb. xəbər verir ki, "Mediatrends.ai" platformasının "Media indeksi" göstəricilərinə əsasən, siyahıya 26,06 faizlə deputat Naqi

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Abbas Əraqçi Ceyhun Bayramovla görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb. xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb. Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Ba

ABŞ məhkəməsi Tramp administrasiyasını jurnalistləri Ağ Evə buraxmağa məcbur etdi

ABŞ-da məhkəmə Donald Tramp administrasiyasına jurnalistlərin Ağ Evə girişinə yenidən icazə verməyi tapşırıb. Hakim Timoti Kelli administrasiyanın CNN, MS NOW və "Politico" nəşrinin jurnalistlərini Ağ Evə buraxmama

İlham Əliyev BƏƏ-nin Vitse-prezidentinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Şeyx Məhəmməd bin Rəşid Al Məktuma başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Əlahəzrət,

İlham Əliyev Qazaxıstan Prezidentinə BAŞSAĞLIĞI VERDİ

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı verib. xəbər verir ki, başsağlığı mətnində deyilir:. "Hörmətli Kasım-Jomart Kemeleviç,. Manqistau vilayətində keçirilən hərb

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu son xəbərlər metbuat xeberleri son xəbər